Əsas Səhifə > Güney Press, Üçüncü sektor > RAUF HƏBİBOV DEPUTATI HƏDƏFƏ ALDI

RAUF HƏBİBOV DEPUTATI HƏDƏFƏ ALDI


30-04-2012, 13:57
RAUF HƏBİBOV DEPUTATI HƏDƏFƏ ALDI

VAHİD ƏHMƏDOVA QARŞI HÜCUMLAR BAŞLAYIR

Qubadan olan deputat Vahid Əhmədova qarşı hücumların başlanıldığı barədə “AzeriNews”a məlumatlar daxil olub. Bir müddət əvvəl Vahid Əhmədov rayonun keçmiş icra başçısı Rauf Həbibovu cinayət əməllərində ittiham edərək, onun məsuliyyətə cəlb olunmasını istəməsi deputatı hədəfə gətrib.

“AzeriNews”-a verilən məlumatlarda bildirilir ki, Vahid Əhmədovun “İcra başçısı Quba hadisələriylə əlaqədar tam günahkardır. Bir ildir ki, bu söhbət gedir, müvafiq qurumlara lazımı məlumatlar verilib. İcra başçısı faktiki olaraq Quba camaatını təhqir etmişdi və təhqir etməkdə davam edirdi. O cümlədən ciddi iqtisadi cinayətlərə və maxinasiyalara yol vermişdi. Rauf Həbibov tamamilə günahkardır və o, məsuliyyətə cəlb olunmalıdır. Onun evindən 4 milyon manat nəğd pul çıxıb. Bundan başqa, onun Qubanın Qaladüz imarəti də aşkar edilib. Bütün bunlar araşdırma obyektidir” açıqlamalarına görə, son günlər Qubanın devirilən icra başçısı deputatdan qisas almaq üçün hərəkətə keçib.

Xəbər portalımızı bilgiləndirən mənbə iddia edir ki, Rauf Həbibov Vahid Əhmədov barədə mətbuata məlumatlar ötürmək istiqamətində özünə yaxın media nümayəndələrini işə salıb. Bildirilir ki, yaxın günlərdə ölkənin populyar qəzetlərində Vahid Əhmədov barədə kampaniya xarakterli yazılar dərc olunması istiqamətində danışıqlar aparılır. Danışıqlar baş tutacağı təqdirdə Rauf Həbibov həmin qəzetləri mükafatlandıracaq. Mənbə son olaraq qeyd edir ki, Vahid Əhmədov barədə hər yazılan yazıya görə, yazara yaxşı pul mükafatı veriləcək.

Məsələ ilə bağlı yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.


Geri qayıt