Əsas Səhifə > Güney Press, Araşdırma > ELÇİN SADIQOV BAŞ PROKURORA QARŞI

ELÇİN SADIQOV BAŞ PROKURORA QARŞI


30-04-2012, 15:15
ELÇİN SADIQOV BAŞ PROKURORA QARŞI

“VƏKİLLƏ MÜTTƏHİMİN GÖRÜŞÜNÜ QADAĞAN EDƏ BİLMƏZLƏR”

“Ölkənin baş prokurorunun vəkillə müttəhimin görüşünü qadağan etməyə ixtiyarı yoxdur”, - vəkil Elçin Sadıqov “Obyektiv TV”-yə (obyektiv.tv) bildirib.

Həbsdə olan regional “Xəyal TV”nin redaktoru Zaur Quliyevlə qeyri-insani davranış barədə informasiyanın fonunda, bu cür qadağalar törədilməmiş cinayət barədə ifadə almağa cəhd kimi yozulmalıdır.

1 mart Quba iğtişaşları rayonun keçmiş icra başçısı Rauf Həbibovun əhalinin “satılması” barədə qalmaqallı çıxışının YouTube saytında yayımlanmasından sonra başlayıb. Prokurorluq telekanaln bir neçə əməkdaşını iğtişaşların təşkili məqsədilə yerli bələdiyyə rəhbərinin sifarişi ilə bu videoçarxın hazırlanmasında ittiham edib.

Z.Quliyev və telekanalın direktoru Vüqar Qonaqov həbs olunaraq DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndəriliblər. Orada onlara psixoloji və fiziki təzyiqlər göstərilib.

Ombudsman MCMİ-nin zirzəmisində Z.Quliyevlə görüşüb. Lakin pozuntularla bağlı yalnız hüquq-mühafizə orqanlarının rəhbərlərini məlumatlandırıb, ictimaiyyətə məlumat verməyib.

Martın 22-dən Z.Quliyev işğəncələrə məruz qalıb, onu acınacaqlı antisanitar şəraitdə cinayətkarlarla bir yerə saxlayıblar.

Z.Quliyevdə mədə xorasının olmasına baxmayaraq, o, tibbi yardımdan məhrum edilib və dərman almayıb.

Vəkilin sözlərinə görə, aprelin 25-də Baş Prokurorluğun Z.Quliyevə işgəncələrin verilməsini rəsmən təkzib etməsi həbsin sifariş xarakterli olduğunu göstərir. Müddətə əməl olunmayıb, müttəhimim səhhətinin yoxlanması üzrə komissiya yaradılmayıb. Görülən tədbirlər barədə vəkilə məlumat verilməyib.


Geri qayıt