Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > SUMQAYITDA VƏZİYYƏT YENƏ QARIŞIB
SUMQAYITDA VƏZİYYƏT YENƏ QARIŞIB30-04-2012, 15:53 |
İCRA BAŞÇISI YERLİ KLANLARA QARŞI «MÜHARİBƏ» ELAN ETDİ DİA.AZ: - Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yenidən qılıncını sıyıraraq yerli qruplaşmalara xəbərdarlıq edib. Bu barədə məlumat umqayıtdakı qaynaqlar tərəfindən redaksiyamıza ötürülüb. Xatırladaq ki, hələ o zamanlar mərhum prezident Heydər Əliyev Sumqayıt şəhərində keçirilən müşavirələrin birində vurğulamışdı ki, o, şəhərin hansı formada və qaydalarla, kimlər tərəfindən idarə olunduğunu çox yaxşı bilir, bunlardan məlumatlıdır. Mərzum prezident onu da ifadə etmişdi ki, Sumqayıtı 4 klan yönəldir. Elə Sumqayıta rəhbər təyin ediləndən sonra da Eldar Əzizovun işi-gücü bu 4 klanla mübarizə aparmaq olub. Ondan əvvəlki icra başçılarının həmin klanlarla anlaşması əvvəllər bu kimi problemləri üzə çıxarmamışdı. Amma Eldar Əzizov Sumqayıtda təkhakimiyyətliliyə nail ola bilməsi üçün əlindən gələni etməkdədir. Və bunun da nəticəsində dəfələrlə Zaman İsgəndərov kimi Sumqayıt klan başçıları ilə üz-üzə gəlib. Şəhərdəki qaynaqlardan DİA.A-a ötürülən məlumatda isə deyilir ki, Eldar Əzizov 2012-c ilin ilk üç ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclas təşkil edərək, həm yerli məmurları danlayıb və həm də Sumqayıtda at oynadan əzəli klanlara meydan oxuyub. Mənbəmiz bildirir ki, iclas zamanı icra başçısı hətta klan başçılarının konkrt adlarını belə çəkərək, məmurlara «SİZ ONLARDAN NİYƏ QORXURSUNUZ» ismarıcını da yollayıb: «Başçı məmurlara bildirib ki, onlar mafiya olsalar da, dövlət var və dövlətin qanunları var. Kimliyindən asılı olmayaraq, hər kəs Sumqayıtda prezidentin nümayəndəsi olan icra başçısına tabe olmalıdır». Bunun ardından Sumqayıtdakı klanlarla bağlı ölçünün götürülməsi üçün hansı addımların atılacağının da müzakirə olunduğunu bildirən mənbəmiz vurğuladı ki, amma həmin toplantı qapalı keçirilib və toplantıya heç də yerli məmurların hamısı qatılmayıb. Geri qayıt |