Əsas Səhifə > Dünya > SARKİSYANDAN ƏHMƏDİNEJADA MƏXFİ MƏKTUB

SARKİSYANDAN ƏHMƏDİNEJADA MƏXFİ MƏKTUB


30-04-2012, 18:18
SARKİSYANDAN ƏHMƏDİNEJADA MƏXFİ MƏKTUB

MƏKTUBUN MƏTNİ AÇIQLANMIR

Aprelin 29-u axşam saatlarında Ermənistanın Xarici İşlər naziri Edward Nalbandian Tehranda İran prezidenti Mahmoud Ahmadinejad'la görüşüb. «Fars» xəbər agentliyinin məlumatına görə, Edward Nalbandian Ermənistan prezidentinin xüsusi məktubunu İran prezidentinə təqdim edib. Məktubun məzmunu açıqlanmır.

Agentlik yazır ki, İran prezidenti iki ölkə arasında azad ticarət zonasının yaradılmasının zəruri olduğunu bildirib.

Ermənistanla İran 2009-cu ildə sərhədləri yaxınlığında azad ticarət zonasının yaradılması barədə razılaşma imzalayıblar. Amma hələlik onun icrasına başlamayıblar.

Ermənistanın Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə həmçinin Araz çayı üzərində su elektrik stansiyasının tikintisi, yüksəkgərginlikli elektrik naqillərinin çəkilməsi və başqa birgə layihələrin icrası müzakirə edilib. Belə layihələrin sırasında neft məhsullarının daşınması, dəmiryolu xəttinin çəkilməsi də var.

Edward Nalbandian İran prezidenti ilə görüşdən əvvəl bu ölkənin Milli Təhlükəsizlik Şurasının sədri və Xarici İşlər naziri ilə də müzakirələr aparıb.

Qarabağ münaqişəsinin həlli yollarının da müzakirə edildiyini deyən nazir Ali Akbar Salehi bildirib ki, onun ölkəsi aparılan danışıqlara vasitəçilik etməyə hazırdır.

Edward Nalbandian isə deyib ki, Yerevan İranın dinc məqsədli nüvə proqramını dəstəkləyir.

Hazırda Qarabağ danışıqlarına ABŞ, Rusiya və Fransadan olan həmsədrlər vasitəçilik edirlər. Tehran bundan əvvəl də bir neçə dəfə danışıqlara vasitəçilik edib. Amma hələlik onun təklifləri ciddi müzakirə edilməyib.

Ermənistanın Xarici İşlər naziri həmçinin İrandakı erməni icmasının nümayəndələri ilə görüşüb.

Geri qayıt