Əsas Səhifə > Şou-biznes > 2 MİN MANATLIQ MAHNI

2 MİN MANATLIQ MAHNI


1-05-2012, 13:16
2 MİN MANATLIQ MAHNI

GƏNC MÜĞƏNNİ YAMAN XƏRCƏ DÜŞÜB

Azərbaycanın tanınmış müğənni-aparıcısı Sevinc Ağaşirinova iki yeni mahnı alaraq repertuarını zənginləşdirib.

Milli.Az-a məlumat verən Sevincin sözlərinə görə, o, aldığı bir mahnının adı “Son sevgim”dir. Sevinc, musiqisi Ruhinə, sözləri isə Rüfətə məxsus mahnıya 2 min manat ödəyib.

S.Ağaşirinova yeni mahnısının hit olacağına əmindir: “Seviləcək, çünki ürəkdən oxumuşam. Mənə elə gəlir ki, bu, bu günədək ifa etdiyim bütün mahnılardan fərqlidir”.

Müğənni mahnının adı ilə bağlı da açıqlama verib: ““Son sevgim”, maraqlıdır məncə. Amma insan hər dəfə sevəndə, deyir son sevgimdir. Lakin sonra yenə də sevirsən. Axı həyat davam edir. Mən əminəm ki, bu mahnını dinləyən hər kəs ən böyük sevgisini xatırlayacaq. O ki qaldı mənim “Son sevgimə”ə, o, yalnız mən öləndə mənimlə məzara gedən sevgim olacaq. Hələ ki, yaşayıram. Səhər nə olacağını bilmirsən, çünki həyat sürprizlərlə doludur”.

Müğənninin ikinci aldığı mahnı isə ritmik notlar üzərində qurulub. Musiqidə hətta ləzginka ritmləri də var. Sevinc bildirir ki, yeni mahnının sözləri Günel Əskərovaya aid olsa da musiqinin bəstəkarı anonimdir.

Məlumat üçün bildirək ki, Sevinc yenicə imicini dəyişib. Onun yeni imicini bir neçə gündən sonra eksklüziv olaraq Milli.Az-da görəcəksiniz.


Geri qayıt