Əsas Səhifə > Dünya > HİLLARİ KLİNTON GEDİR

HİLLARİ KLİNTON GEDİR


12-10-2011, 12:26
HİLLARİ KLİNTON GEDİR

O, SİYASƏTƏ “ƏLVİDA” DEYƏCƏK

ABŞ-ın dövlət katibi Hillari Klinton hakimiyyətdən gedəcəyini açıqlayıb. “Media forum” saytının məlumatına görə, oktyabrın 11-də “Assoşieyted Press” agentliyinə müsahibə verən Hillari Klinton hakimiyyət strukturlarında çalışmaq həvəsinin qalmadığını, adi həyata dönmək istədiyini deyib. O bildirib ki, prezident Barak Obamanın səlahiyyət müddəti başa çatan kimi (2013-cü ilin yanvar ayı) dövlət katibi postunu tərk edəcək.

Hillari Klinton dövlət katibi postunu 2009-cu ilin yanvarından tutur. 64 yaşlı siyasətçi əvvəllər Senat üzvü olub. ABŞ-ın 42-ci prezidenti Bill Klintonun həyat yoldaşıdır.


Geri qayıt