Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “FREEDOM HOUSE”DAN KÖHNƏ XƏBƏR
“FREEDOM HOUSE”DAN KÖHNƏ XƏBƏR1-05-2012, 14:00 |
«AZƏRBAYCANDA MEDİA AZAD DEYİL» «Azərbaycanda media azad deyil». Bu barədə ABŞ-da yerləşən Freedom House qeyri-hökumət təşkilatı mayın 1-də açıqladığı hesabatda bildirir. Azərbaycan hesabatda 172-174-cü yerləri bölüşür. Həmin sırada qonşu ölkələrdən Rusiya da var. Hesabatda Ermənistan 149-cu yerdədir və bu ölkədə də medianın vəziyyətinin «qeyri-azad» olduğu göstərilib. Keçmiş Sovet İttifaqında qeyri-Baltik ölkələri içərisində yalnız Gürcüstanda media sahəsində müsbət əlamətlər görünür. Bu ölkədə media «qismən azad»dır, media seçimi və şəffaflıq artıb. Bundan əvvəl də Freedom House Azərbaycan mediasını «qeyri-azad» adlandırırdı. Hesabatda deyilənlər barədə ətraflı yazı gün ərzində saytımızda yerləşdiriləcək. Qurum bu ilin yanvarında açıqladığı 2011-ci ildə dünya ölkələrində siyasi hüquqlar və mülki azadlıqların vəziyyəti ilə bağlı hesabatında da Azərbaycanı «azad olmayan» ölkələr siyahısına salmışdı. Azərbaycan hökuməti bir qayda olaraq Freedom House təşkilatının hesabatlarını birtərəfli və qərəzli adlandırır. Hesabatda deyilir ki, dünyada hər altı adamdan yalnız birinin azad mətbuata çıxışı var – bu, son on ildə ən aşağı göstəricidir. Geri qayıt |