Əsas Səhifə > Sosial, Manşet > ERMƏNİLƏRİ SEVİNDİRMƏYƏK
ERMƏNİLƏRİ SEVİNDİRMƏYƏK12-10-2011, 12:38 |
HAKİMİYYƏT ORDUDAN YAZAN JURNALİSTLƏRİ TƏLİMATLANDIRMAQ NİYYƏTİNDƏDİR DİA.AZ: - Düşmən Ermənistan mətbuatı son günlər Azərbaycan ordusu ilə bağlı yerli mətbuatımızda yazılan yazıları böyük könül xoşluğu ilə tərcümə edərək yayımlayırlar. Təbii ki, burada onların hansı maraqdan çıxış etdiklərini təxmin etmək o qədər də çətin deyil. Azərbaycan ordusunun nüfuzunu və gücünü aşağılayan bu tipli yazıların qaynağı rolunda Azərbaycan mətbuatının çıxış etməsi isə onların işinə daha çox yarayır. Təkcə son bir ay ərzində ermənilərin müxtəlif xəbər portallarında Azərbaycan mənşəli yüzə yaxın yazıda ordumuz aşağılanıb. Artıq bu halın intensiv xarakter aldığını görən rəsmi Bakı isə hələ də çıxılmaz vəziyyətdədir. Yəni nə yazılanların qarşısı alınmır, nə də problemin həlli yolları tapılmır. Təbii ki, «yazılanların qarşısı alınmır» dedikdə biz jurnalistlərin zor dililə susdurulmasını nəzərdə tutmuruq. Söhbət ilk növbədə odudakı problemlərə dövlətin xüsusi diqqətinin ayrılmasından və bu problemlərin mətbuata yol tapana qədər operativ həllindən gedir. Doğrudur, problemlərin operativ qaydada həlli hər zaman mümkün olmaya bilər. Amma bu məsələnin xüsusi diqqətdə saxlanılması zərurətini kimsə inar edə bilməz. Bu məsələ ilə bağlı redaksiyamıza fikirlərini bölüşən hakimiyyət nümayəndələrindən biri «Dünya» İnformasiya Agentliyinə (dia-az.life) söylədi ki, artıq mətbuatla bağlı bu yöndə yeni siyasətin müəyyənləşdirilməsi üçün tədbirlər planı hazırlanır: «Söhbət ordudan yazan jurnalistlərin təlimatlandırılmasından gedir. Problem və şikayət hər zaman olacaq. Sadəcə olaraq, müharibə aparan bir ölkə kimi Azərbaycan ordusunda yaşanılan problemlərin mətbuatda hansı formada təqdimatı məsələsi vacibdir. Bu istiqamətdə jurnalistlərin təlimatlandırılması nəzərdə tutulur». Mənbəmiz onu da bildirdi ki, yaxın günlərdə ordudan yazan jurnalistlərin konfransı da nəzərdə tutulur. Geri qayıt |