Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > NAZİR NƏŞRİYYATI SATIN ALMAQ İSTƏYİR

NAZİR NƏŞRİYYATI SATIN ALMAQ İSTƏYİR


1-05-2012, 16:41
NAZİR NƏŞRİYYATI SATIN ALMAQ İSTƏYİR

DÖVLƏT NƏŞRİYYATI ÖZƏLLƏŞDİRMƏYƏ ÇIXARILIB

DİA.AZ: - Redaksiyamıza ədliyyə nazirliyindəki qaynaqlardan ötürülən məlumatda bilirilir ki, Azərbaycan Respublikası Prezidenti yanında «Azərbaycan» Dövlət Nəşriyyatının binası özəlləşdirməyə çıxarılıb. Qeyd edək ki, sözügedən qurumun binasının özəlləşdiriləcəyi ilə bağlı məlumatlar buna qədər də yayılmışdı. Lakin sonradan təkzib olundu.

Bunun ardından da belə bir xəbər yayıldı ki, nəşriyyat «Avroviziya» yarışmasının ardından fəaliyyətini dayandırır. Lakin bu məsələyə münasibət bildirən nəşriyyat rəsmiləri bildirdilər ki, qurumun fəaliyyəti tam olaraq dayandırılmasa da, müəyyən redaksiyalar müvəqqəti olaraq işlərinə fasilə vermək zorunda qalacaqlar. Çünki binanın tədrici olaraq təmiri nəzərdə tutulub.

Məlumatlı mənbələrin DİA.AZ-a bildirdiklərindən isə belə aydın olur ki, Dövlət Nəşriyyatının binası özəlləşdirilməyə çıxarılıb və bunun üçün artıq müvafiq tədarük işləri də görülməkdədir. Qeyd edək ki, əslində bu normal bir haldır və qonşu Gürcüstanda Saakaşvilinin ilk prezidentlik illərində dövlət nəşriyyatının binası redaksiyalar tərəfindən özəlləşdirilib.

Amma bizdə isə hər müstəvidə olduğu kimi, bu dəfə də məsələlər fərqli istiqamətdə cərəyan edəcək. Mənbəmiz bildirir ki, dövlət nəşriyyatı özəlləşdirilməyə çıxarılan zaman redaksiyaların iştirakı ümumiyyətlə, nəzərdə tutulmayıb: «Gürcüstanda nəşriyyat hissə-hissə redaksiyalar tərəfindən özəlləşdirildi. Bizdə isə binanın tamamı özəlləşdirməyə çıxarılır ki, bu da yalnız imkanlı şəxslərin və məmurların Dövlət Nəşriyyatını ala bilməsini mümkün edir».

Sonda mötəbər qaynaq bir məsələni də vurğuladı ki, həqiqətən də Dövlət Nəşriyyatının binasına göz salanlar arasında nazirlərdən biri də var.


Geri qayıt