Əsas Səhifə > Güney Press, Araşdırma > AYDIN ƏLİYEV DANIŞDI
AYDIN ƏLİYEV DANIŞDI1-05-2012, 16:46 |
“DİGƏR MƏHDUDİYYƏTLƏR NƏZƏRDƏ TUTULMAYIB” Bu gündən Azərbaycanda ABS standartına cavab verməyən avtomobillərin ölkəyə idxalına qadağa qoyulması gömrüyün ümumi idxalına təsiri olmayacaq. Bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib. Onun sözlərinə görə, bununla bağlı xüsusi hesablama aparılmayıb. Dünyada olduğu kimi, Azərbaycanda da azad bazar yaradılıb və ölkə vətəndaşları istənilən ölkənin istehsalı olan və müasir standartlara cavab verən avtomobillərini alacaqlar. Hesab etmirəm ki, DGK-nin büdcə proqnozlarının yerinə yetirilməsində hansısa problem yaransın. O vurğulayıb ki, avtomobillərin idxalı ilə bağlı digər məhdudiyyətlər nəzərdə tutulmayıb. Xatırladaq ki, Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiq etdiyi “Təkərli nəqliyyat vasitələrinin, onların avadanlığının və hissələrinin sertifikatlaşdırma qaydası” AZS 635-2012 dövlət standartının tələblərinə əsasən, bu il mayın 1-dən Azərbaycana idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyat vasitələrində (tam ötürücü transmissiyalılar istisna olmaqla) «ABS» əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı (air bag) olmalıdır. Bu tələblərə cavab verməyən avtomobillərin idxalına və istehsalına icazə verilmir. Geri qayıt |