Əsas Səhifə > Güney Press, Üçüncü sektor > HİDROMETEREOLOQLARDAN BƏD XƏBƏR
HİDROMETEREOLOQLARDAN BƏD XƏBƏR2-05-2012, 13:01 |
LEYSAN VƏ DOLU GÖZLƏNİLİR Mayın 3-də Bakıda və Abşeron yarımadasında gün ərzində buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, havanın temperaturu gecə 10-15 dərəcə, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda yağıntıların lokal leysan xarakterli intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 10-15 dərəcə, gündüz 23-28 dərəcə, dağlarda gecə 4-9 dərəcə, gündüz 13-18 dərəcə isti təşkil edəcək. Geri qayıt |