Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AZAY QULİYEV YENİDƏN SEÇİLDİ

AZAY QULİYEV YENİDƏN SEÇİLDİ


2-05-2012, 17:10
AZAY QULİYEV YENİDƏN SEÇİLDİ

QHT DDŞ-DƏ SEÇKİ KEÇİRİLİB

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni təyin edilmiş heyətinin ilk iclası keçirilib.

Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün üzvlərin iştirak etdiyi iclasda təşkilati məsələlərə baxılıb. Heyət üzvləri Azay Quliyevi yekdilliklə daha 4 il müddətinə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri seçiblər. Tahir Süleymanov Şura sədrinin müavini, Vüqar Məcidli Şuranın katibi seçilib. Şuranın Əsasnaməsinə görə 11 Şura üzvü, 8-i QHT nümayəndələrindən, 3-ü isə müxtəlif dövlət qurumlarının təmsilçilərindən ibarət olmaqla, ölkə prezidenti tərəfindən təyin edilir. Prezident İlham Əliyevin 23 aprel 2012-ci il tarixli sərəncamı ilə aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü təyin olunub.

dövlət orqanlarından

- Süleymanov Tahir Veys oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini;
- Məmmədov İlqar Kamil oğlu - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi
- Məcidli Vüqar Sabir oğlu - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdir müavini

qeyri-hökumət təşkilatlarından

- Quliyev Azay Əjdər oğlu - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun nümayəndəsi;
- Məmmədov Sahib Məlik oğlu - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri
- Mirzəzadə Rəna Rza qızı - Gender və İnsan Hüququ Araşdırma Birliyinin sədri
- Qədirov Vüqar Kərim oğlu - Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri
- Vəliyeva Dilarə Hətəm qızı - “Mülk” İctimai Assosiasiyasının prezidenti
- İsmayılov Şahin Əmir oğlu - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri
- Hüseynova Gülnarə Alxas qızı - Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti
- Nuriyev Əliməmməd Mali oğlu - “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti

Şura üzvləri ölkə rəhbərliyi tərəfindən onlara göstərilmiş yüksək etimada görə Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlamaq haqqında qərar qəbul ediblər. İclasda yeni seçilmiş Şuranın və katibliyin fəaliyyət planları ilə bağlı tövsiyə və təkliflər irəli sürülüb. Cari məsələlər sırasında QHT-lərin Maliyyə Nazirliyinə təqdim etdiyi hesabatlarla bağlı vəziyyət müzakirə edilib.


Geri qayıt