Əsas Səhifə > Dünya > DANİMARKADA SEÇKİLƏR KEÇİRİLİR

DANİMARKADA SEÇKİLƏR KEÇİRİLİR


15-09-2011, 15:40
DANİMARKADA SEÇKİLƏR KEÇİRİLİR

HELLE THORNİNG-SCHMİDT RƏQİBLƏRİNDƏN ÖNDƏDİR

Bu gün Danimarkada ümumi seçkilər keçirilir. Gözlənilir ki, hakimiyyəti ilk dəfə olaraq qadın idarə edə bilər.

Seçki öncəsi sorğular göstərir ki, «Qırmızı blok»dan olan Helle Thorning-Schmidt rəqiblərindən öndədir.

O, özünün seçki platformasını iqtisadi şüarlar üzərində qurmuşdu. Xanım Schmidtin təmsil olunduğu solçular həm də gündəlik iş saatını 12 dəqiqə artırmağı da təklif edirlər. onların fikrincə, bu, iş həftəsinin bir saat artmasına gətirib çıxaracaq və nəticədə ölkə iqtisadiyyatının inkişafına lazımi təkan veriləcək.

Geri qayıt