Əsas Səhifə > Gündəm, Manşet > NAZİRLƏRDƏN BİRİNƏ CİNAYƏT İŞİ AÇILIR
NAZİRLƏRDƏN BİRİNƏ CİNAYƏT İŞİ AÇILIR12-10-2011, 15:38 |
BU ŞOK FAKTI REDAKSİYAMIZA HƏMİN NAZİRİN YAXIN QOHUMU ÇATDIRIB DİA.AZ: - Hakimiyyət içində cərəyan edən olaylar ara-sıra mətbuat səhifələrinə yol tapsa da, bu zaman daha çox dezinformasiya xarakterli məlumatların məqsədli şəkildə ötürülməsi halları müşahidə olunur ki, bunda da maraqlı tərəfin elə hakimiyyətin özünün olması məlumdur. Belə ki, bu yolla həm münasibətlərindəki gərginliklə bağlı iz azdıran məmurlar, digər yandan qəzetlərə olan etimadı da azaltmağı məqsəd ediblər. Amma real faktlar da qəzet səhifələrinə yetərincə yol tapır. Elə bu günlərdə “Dünya” İnformasiya Agetnliyi redaksiyasına (dia-az.life) iqtidarın çox nüfuzlu simalarından birinin, daha dəqiqi nazir postu tutan məmurlardan birinin yaxın qohumu çox maraqlı faktları açıqlayıb. Mənbə bildirir ki, onun qohumu olan nazirə qarşı cinayət materialları toplanmaqdadır: «Qohumum daha güclü məmurlardan birinin hədəfindədir. Adlarının çəkilməsini hələlik arzulamırıq. Amma əgər həmin məmur qohumumdan əl çəkməzsə, unutmasın ki, mən də varam və mən hər şeyi necə var, eləcə də açıqlacam. Bundan sonra nəinki onun, hətta bütün hakimiyyətin qara günləri başlayacaq». Ənbə onu da bildirdi ki, qəzetlərdə ara-sıra hansısa nazirin digərinə qarşı mübarizə apardığı haqda məlumatlar yer alır: «Doğrudur, bunların əksəriyyətində real fakt lar olmur. Amma həqiqət budur ki, bir-birinə qarşı müharibə aparan məmurlar var və onların səbəbindən bütün hakimiyyət düşərgəsi zərər görür və bundan sonra da görəcək». Özünün qohumu ilə balı məsələyə gəlincə isə mənbəmiz yalnız onu bildirdi ki, qohumu günahsızdır: «Doğrudur, bu hakimiyyətdə günahsız adam yoxdur. Amma qohumuma şər və böhtan əsasında cinayət işinin açılmasına sifariş verilib. Ümumiyyətlə, bu hakimiyyət heç kəsi özünün etdiyi cinayət əməlinə görə mühakimə etmir. Bəlkə bu da bir siyasətdir». Geri qayıt |