Əsas Səhifə > Dünya > BƏŞƏR ƏSƏD İTKİLƏR VERİR

BƏŞƏR ƏSƏD İTKİLƏR VERİR


3-05-2012, 13:25
BƏŞƏR ƏSƏD İTKİLƏR VERİR

TOQQUŞMALARDA 20 SURİYA ƏSGƏRİ HƏLAK OLUB

Suriyanın Hələb şəhərində yeni toqquşmalar baş verib, nəticədə 20-dən çox hərbçi həlak olub. Bunu BMT-nin müşahidəçilər missiyasının nümayəndəsi bildirib.

Çərşənbə günü ölkədə atəşkəs elan olunmasına baxmayaraq, bir sıra şəhərlərdə “terror qruplaşmalarına” qarşı xüsusi əməliyyatlar keçirilib. Prezident Bəşər Əsədin hökumət ordusu Deir əl-Zur əyalətində ən azı 4 dinc sakini, o cümlədən qadın və uşaqları qətlə yetirib.

BMT-nin məlumatına görə, əl-Ray, Daraya və Qusur rayonlarında da qiyamçılar və ordu bölmələri arasında toqquşmalar qeydə alınıb.

Hazırda müşahidəçilər Haldiye, Qusur və Qarabis rayonlarında vəziyyətə nəzarət edirlər.


Geri qayıt