Əsas Səhifə > Şou-biznes > AKTRİSAMIZ AİLƏ QURMAĞA HAZIRLAŞIR
AKTRİSAMIZ AİLƏ QURMAĞA HAZIRLAŞIR3-05-2012, 13:31 |
“SEVDİYİM İNSANA ƏRƏ GEDƏCƏM” Hər həftə öz maraqlı qonaqları ilə rejissor Aynurə Tahirqızı və aparıcı Zaur Nəbioğlunun birgə hazırladığı “Rəngarəng” verilişinin növbəti çəkilişləri baş tutub. Milli.Az-ın məlumatına görə, Lider TV-də yayımlanan verilişin budəfəki qonağı xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisa Məleykə Əsədova oldu. Verilişdə bir çox açıqlamalar verən akrtisa şəxsi həyatı barədə də maraqlı nüanslara toxundu: “Məni sevənlər çoxdur. Güclü bir sevgim olub. Mən sevdiyim insanla ailə həyatı quracağam” deyən Məleykə xanım çəkiliş zamanı kövrəldi də. Onun kövrəlməsinə səbəb isə teleaparıcının verdiyi suallar oldu. Evində çəkilişləri etməyi xoşlamayan aktrisa etiraz etmədən mənzilinin qapılarını “Rəngarəng”in kollektivinə açdı. Məleykə xanımın baş çəkdiyi daha bir məkan isə qızı Gülərin oxuduğu məktəb oldu. Orada xalq aristi maraqlı görüntülərlə rastlaşdı. Veriliş zamanı M.Əsədova haqda bacısı və onu çox yaxınan tanıyan həm sənət yoldaşı həm də digər tanınmış insanlar danışdılar. Aktrisa “Rəngarəng”də qızı ilə birgə Milli Parkda doyunca gəzərək həm şəhər əhli ilə şəkillər çəkdirdi həm də heç bir kompleksi olmadan yelləncəyə əyləşdi. Odur ki, adi kimi keçən “Rəngarəng”də baş verənləri izləmək istəyirsinizsə 4 may saat 21:00-da gözünüz Lider TV-də olsun. Verilişin təkrarı 5 may saat 14:30-da yayımlanacaq. Geri qayıt |