Əsas Səhifə > Partiya > YAP ERMƏNİSTANI MÜHARİBƏ İLƏ HƏDƏLƏDİ
YAP ERMƏNİSTANI MÜHARİBƏ İLƏ HƏDƏLƏDİ3-05-2012, 14:12 |
“TORPAQLARI AZAD ETMƏZSƏ”... Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsə, ölkəmizin gücü, imkanı, xalqımızın iradəsi kifayətdir ki, öz ərazilərimizi azad edək və tarixi həqiqəti bərpa edək. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib. "Ermənistan Azərbaycana qarşı təcavüz edib və ölkəmizin torpaqlarının 20 faizini işğal edib. Bu işğal 20 ildir ki, davam edir. Dünya ictimaiyyəti bu həqiqəti dərk edir. Sadəcə, burada söhbət dünya ictimaiyyətinin həqiqəti dərk etməsindən getmir. BMT-nin Təhlükəsizlik Şurası və digər beynəlxalq qurumlar bu məsələ ilə bağlı qərarlar qəbul ediblər. Bütün bunlar ondan xəbər verir ki, Ermənistan Prezidentinin hansı bəyanatlar verməsindən asılı olmayaraq, dünya ictimaiyyəti və beynəlxalq hüquq Azərbaycan torpaqlarının işğaldan azad olunmasını şərt və tələb olaraq Ermənistan qarşısında qoyur", - Əhmədov deyib. Onun sözlərinə görə, heç kim Ermənistandan və onun hakimiyyətində olan insanlardan xahiş etməmişdi ki, qan töküb Azərbaycanın torpaqlarını işğal etsinlər. "Bu, onların siyasətlərinin öz ölkələri və xalqları içərisində iflasa uğramasından xəbər verir. Belə qan tökmək, ədalətsizlik etmək yalnız Azərbaycana qarşı olmayıb. Eyni zamanda, onlar öz xalqlarına qarşı da ədalətsizlik ediblər. Başqa ölkənin torpaqlarını tutmaqdan ötrü öz insanlarının qanını töküblər. Qanı tökülən insanların valideynləri qarşısında necə cavab verəcəkləri onların öz işidir", - Əhmədov deyib. Geri qayıt |