Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “AZADLIQ” QƏZETİNİN JURNALİSTİ CƏZALANDIRILIB
“AZADLIQ” QƏZETİNİN JURNALİSTİ CƏZALANDIRILIB3-05-2012, 16:33 |
MƏHKƏMƏ YOLU İLƏ “Ölkədə ifadə və söz azadlığının təmin edilməsilə bağlı rəsmi açıqlamalar əsassızdır”. Bunu Turan-a jurnalist Natiq Güləhmədoğlu 3 may -İfadə Azadlığı Günü ilə bağlı açıqlamasında deyib. O, ölkədə 6 jurnalistin həbsdə olmasını, peşə fəaliyyətilə bağlı jurnalistlərin zorakılıqlara məruz qalmasını, məhkəmələrə çəkilməsini göstərərək ifadə azadlığının ölkədə təmin edilməsilə bağlı rəsmi açıqlamaların doğru olmadığını bildirib. O, jurnalistlərin nəinki özlərinin, hətta şəxsi həyatlarının belə toxunulmazlıqdan kənar olduğunu deyib. Jurnalist 2011-ci ilin aprelındə Oğuz rayonunda qaldıqları oteldə şəxsi həyatına dair çəkilən görüntülərin “Lider” telekanalında yayımlandığını misal göstərib. Yeri gəlmişkən, iqtidarın “köməyilə” ayrı-ayrı vaxtlarda ölkənin bir çox jurnalistlərinin bu taleyi yaşadıqlarını xatırladıb. N.Güləhmədoğlu şəxsi həyatına müdaxilə bağlı məhkəmə iddiası qaldırıb. Bu il mayın 1-də Yasamal Rayon Məhkəməsində proses keçirilib. Prosesdə hakim jurnalistin iddiasını təmin etməyib. Bu azmış kimi jurnalistin üzərinə ekspertizaya çəkilən xərcləri ödəmək öhdəliyi qoyub. “Rəsmi Bakının haqqında danışdığı ifadə azadlığı, şəxsi həyatın toxunulmazlığının təmin edilməsi budur?”, - o vurğulayıb. 2011-ci ilin aprelində jurnalistlər Qan Turalı və Natiq Güləhmədoğlu Oğuz rayonunda keçirilən tədbirdə “Afra” otelində qalıblar. Otel otağında şəxsi həyata dair gizli çəkilmiş video görüntülər “Lider” telekanalında yayımlanıb. N.Güləhmədoğlu şəxsi həyatına hörmət hüququnun tanınması, cavabdehin üzərinə şikayətçidən üzr istəməsi tələbinin qoyulması, şəxsi həyatın toxunulmazlığı, şərəf və ləyaqətin müdafiəsi iddiası ilə cavabdehlərdən mənəvi ziyana görə 100 min manat təzminatın ödənilməsi tələbilə Yasamal Rayon Məhkəməsinə müraciət edib. Geri qayıt |