Əsas Səhifə > Hadisə > 200 DİREKTOR İŞDƏN ÇIXARILDI

200 DİREKTOR İŞDƏN ÇIXARILDI


12-10-2011, 15:46
200 DİREKTOR İŞDƏN ÇIXARILDI

YAŞ SENZİ İLƏ ƏLAQƏDAR

“Azərbaycanın rayonlarında ümumilikdə 300 nəfər yaşı 65-dən yuxarı olan məktəb direktorları var idi. Bakıda isə belə direktorların sayı 32 nəfərdir”.

Bunu APA-nın sualına cavab olaraq Təhsil Nazirliyinin Strateji təhsil və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov bildirib. F. Qədirov deyib ki, rayonlarda 200 nəfərədək məktəb direktoru yaş senzi ilə bağlı işdən azad olunsa da, Bakıda bu məsələ öz həllini tapmayıb: “Çünki dərslər başlayıb və bu məsələyə bir az dəqiq yanaşmaz lazımıdır. Bu məsələ tədricən həll olunacaq”.

Geri qayıt