Əsas Səhifə > Güney Press, Araşdırma > BAKI İSTİNTAQ TƏCRİDXANASINDA NƏLƏR OLUR?

BAKI İSTİNTAQ TƏCRİDXANASINDA NƏLƏR OLUR?


3-05-2012, 18:23
BAKI İSTİNTAQ TƏCRİDXANASINDA NƏLƏR OLUR?

ELXAN SADIQOV NİYƏ TƏQAÜDƏ GÖNDƏRİLMƏYİB…

Bu gün ölkə həbsxanalardakı vəziyyətin o qədər də ürəkaçan olmadığı hamıya bəllidir. Daha doğrusu, Penitensiar xidmətə Mədət Quliyevin rəis təyinatı belə lazımi müsbət nəticəni vermədi. Çünki, bu sistemdə problem olduqca çox, nəzarət etmək isə çətindir. Məhbusların qidalanmandan tutmuş, görüş, hava alma kimi ciddi problemlərlə üzləşməsi, təzyiqlərə məruz qalması, günlərlə «karser»də saxlanması kimi faktlar hətta Ombusdman Aparıtının və hüquq müdafiəçilərinin monitorinqlərində dolayısı ilə qeyd olunur. Amma di gəl ki, problem eyni, nəticə eyni. Ciddi bir dəyişiklik yoxdur. Lakin yeni istifadəyə verilən, deyilənə görə, Avropa standartlarına uyğunlaşdırılan Bakı İstintaq Təcridxanasında isə başqa problemlər var.

Təbii ki, məhbus törətdiyi əmələ görə, cəzasını çəkməlidir və bu qanunlarla tənzimlənib. Həbsxana kurort deyil. Amma Bizimxeber.az-a daxil olan məlumata görə, Bakı İstintaq Təcridxanasında olduqca ilginc hadisələr baş verir. Portala daxil olan məlumada qeyd olunur ki, Təcridxanada görüş almaq üçün Kazım adlı şəxsə 20 manat verməlisən. Əks təqdirdə görüş filan yoxdur. Üstəlik əgər içəri telefon aparmaq istəsən, gərəkdir ki, 1000 manatın ola. Bunun üçün də Kazım adlı şəxslə əlaqə saxlanmalıdır. Mənbə, bu telefonlardan başqa məqsədələrdə istifadə olunması ehtimalının olduğunu deyir. Amma bunun nə qədər doğru olub-olmadığını araşdırmaq lazımdır. Təqsirləndirilənlərin müdəmadi təzyiq altında saxlanması, döyülməsi kimi faktların varlığı da qeyd olunur. Təcridxananın rəisi Elxan Sadıqov uzun illərdi ki, bu sistemdə çalışır. Böyük dəstəyə və təcrübəyə malik olan rəis bu səbəbdən də təcridxanada öz qanunlarını işə sala bilib çox asalıqla həyata keçirir. Təxminən 6 ay əvvəl Elxan Sadıqovun təqaüdə göndərilməsi ilə bağlı məsələ müzakirə olunsa da, sonradan bu məsələ qapadılıb. Məlumata görə, Penitensiar Xidmətin rəisi Mədət Quliyevlə münasibətləri o qədər də yaxşı olmayan Elxan Sadıqov təcridxananı özü istədiyi kimi idarə edir. Hətta bildirilir ki, Mədət Quliyevin onu vəzifədən çıxarmaq gücü belə yoxdu. Deyilənə görə, əslən Şəkidən olan Elxan Sadıqovu Rövşən Cavadovla yaxın qohumluq telləri də bağlayır.


Geri qayıt