Əsas Səhifə > Partiya > ““EUROVISIN” ADI İLƏ BÜDCƏ TALANIR”

““EUROVISIN” ADI İLƏ BÜDCƏ TALANIR”


4-05-2012, 12:09
““EUROVISIN” ADI İLƏ BÜDCƏ TALANIR”

“BÜDCƏ PULLARINI SAĞA-SOLA XƏRCLƏYİRLƏR”

“Eurovision 2012-nin Azərbaycanda keçirilməsi heç bir prizmadan ölkəmizin xeyrinə deyil”. Bu fikirləri TİA.AZ-a Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı açıqlamasında deyib.

Onun fikrincə “müsabiqə ölkəmizin tanınması üçün mühüm müstəvidir” deyənlər yanılırlar: “Düzdür həmin ərəfədə ölkənin adı hallanır, müsabiqə zamanı turistlər gəlir. Amma mən hesab edirəm ki, bu müsabiqə ilə maraqlanan kəsim o qədər də intellektual kəsim deyil və onları Azərbaycanın dururmu, tutduğu mövqe, problemləri, Qarabağ məsələsi və s. qətiyyən ilgiləndirmir. Onları yalnız göstərilən xidmət, eyş-işrət məclisləri maraqlandırır. Bu mənada müsabiqənin ölkəmizin tanınması baxımından heç bir rolu yoxdur. Əgər kimsə mənə “bu müsabiqədə qalib gəldikdən sonra Serbiyanı daha yaxşı tanıdılar, dünya ictimaiyyəti Serbiyanın problemlərinə diqqət yönəltdi” deyə bilərsə müsabiqənin Azərbaycana da xeyir gətirəcəyinə inanaram”.

T.Abbaslının sözlərinə görə, məsələnin digər ətərəfi sosial durumun ağır olduğu bir ərəfədə milyonlarla manat vəsaitin xərclənməsidir: “Hakimiyyət özünü yaxşı salmaq üçün büdcə pullarını sağa-sola xərcləyir. Artıq 7-8 aydır ki, ölkədə “sement verin, beton tökün”, “hər şey Eurovision üçün, hər şey hakimiyyətin marağı naminə” şüarları hakim kəsilib. Məndə olan məlumata görə, hətta bəzi ərazilərdə müvəqqəti kosmetik işlər görürlər. Müsabiqədən sonra həmin yerlər dağıdılıb yenidən tikiləcək. Bu isə külli-miqdarda xərc deməkdir. Bir sözlə Eurovisin adı ilə büdcə talanır”.

“Eurovision üçün çəkilən xərclə ölkənin və əhalinin bir neçə fundamental problemini həll etmək olardı” deyən AİDP sədri hesab edir ki, bu tələm-tələsiklik şəraitində külli miqdarda yeyinti hallarına da yol verilir.


Geri qayıt