Əsas Səhifə > Dünya > HİLLARİDƏN ÇİNƏ ÇAĞIRIŞ

HİLLARİDƏN ÇİNƏ ÇAĞIRIŞ


4-05-2012, 12:14
HİLLARİDƏN ÇİNƏ ÇAĞIRIŞ

“İNSAN HÜQUQLARINA HÖRMƏTLƏ YANAŞIN”

Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Hillari Klinton cümə axşamı günü Çinə üz tutaraq insan hüquqlarını qorumağı bildirib.

Klinton xarici siyasət və iqtisadi problemlərlə bağlı danışıqların açılışında bildirib ki, "Bütün dövlətlər vətəndaşlarının istəklərinə cavab verməlidir və heç bir millət qanunun aliliyini və hüquqları inkar edə bilməz.”

Çinin Prezidenti Hu Jintao isə danışıqların açılışında bildirib ki, "Çin və ABŞ razılığa gəlmədiyi anda belə bir-birinə qarşılıqlı hörmət etməlidirlər.”

Prezident açılış mərasimində televiziyaya yayımlanan canlı bağlantıda bildirdi ki, "Biz müxtəlif milli şəraitlərə malik olduğumuzdan, problemlərə eyni gözlə baxmaq qeyri mümkündür.Biz mümkün qədər qarşılıqlı anlaşılmanı yaxşılaşdırmaq üçün fərqləri idarə etməliyik, bununla da bu fərqlər Çin-ABŞ əlaqələrindəki maraqları sarsıtmayacaq.


Geri qayıt