Əsas Səhifə > Sosial, Manşet > ELSEVƏR AĞAYEV NAZİR OLMAQ İSTƏYİR
ELSEVƏR AĞAYEV NAZİR OLMAQ İSTƏYİR4-05-2012, 12:29 |
«ƏLİ İNSANOVUN» YADİGARI SƏHİYYƏ NAZİRLİYİNƏ TAM NƏZARƏT EDİR DİA.AZ: - Dünən məlum olduğu kimi səhiyyə nazirliyi sistemində kadr islahatı həyata keçirdi. Belə ki, Bakı baş səhiyyə idarəsinin rəisi Leyla Seyidbəyli vəzifəsindən alınaraq Neftçilər Xəstəxanasına rəhbər göndərildi. Və gələn məlumatlarda bildirilir ki, səhiyyə sistemində kadr dəyişikliyi bununla bitməyəcək və davamı olacaq. Bu barədə DİA.AZ-ı məlumatlandıran SN-dəki mötəbər qaynaq ida edir ki, daha bir neçə yüksəkçinli səhiyyə işçisinin vəzifəsindən uzaqlaşdırılması planlaşdırılır. Bütün bu prosesin arxasında isə maraqlıdır ki, nazir Oqtay Şirəliyev yox, onun müavini Elsevər Ağayev dayanır. Xatırladaq ki, Elsevər Ağayev yeganə nazirlik yetkilisi və yeganə nazir müavinidir ki, hazırda həbsdə saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanovdan «yadigar» qalıb. Hər halda, iki nazirlə işləmək, iki bir-birinə zidd şəxsə müavinlik etmək də asan məsələ hesab olunmur. Amma Elsevər Ağayev nəinki bü «çətinliklərə sinə gərməyi» bacarıb, hətta bu gün səhiyyə nazirliyini yönəldən əsas fiqur kimi diqqət mərkəzinə də çıxıb. Bu barədə danışan mənbəmiz vurğulayır ki, Elsevər Ağayev hakimiyyət içindəki kürd qruplaşması tərəfindən dəstəkləndiyindən Oqtay Şirəliyev həm ona söz deyə bilmir və həm də nazirliyin işlərinin də onun tərəfindən yönləndirilməsinin qarşısını alma iqtidarını ortaya qoymağı bacarmır. Bunun da nəticəsidir ki, bu gün səhiyyə sistemində ən gəlirli sahə hesab olunan dərman biznesinə Elsevər Ağayev nəzarət edir. Onun əsas iş ortaqlarından birinin isə hazırda Şəkinin mandatını cibində gəzdirən, «Avromed» şirkətinin prezidenti deputat Cavanşir Feziyev olduğu hər kəsə məlumdur. Deputatın şirkətinin xətti ilə Səhiyyə Nazirliyinin dərman depolarındakı dövlət qiymətinə alınmış ucuz dərmanları baha qiymətə satışa çıxaran Elsevər Ağayev eyni zamanda «Avromed»i həm səhiyyə nazirliyinin xəstəxanalarına və həm də dərman təchizatına ehtiyacı olan digər dövlət qurumlarına əsas ortaq kimi təqdim etməyi də bacarıb ki, bu yolla da külli miqdarda pul əldə edirlər. Bunlar azmış kimi Elsevər Ağayev bu gün həm də nazirliyin kadr siyasətini də müəyyən edir. Bu barədə danışan mənbəmiz vurğulayır ki, Elsevər Ağayev hətta bir zamanlar Oqtay Hirəliyevin məhz Əli İnsanovun adamı kimi işdən qovduğu şəxslərdən birini də səhiyyə sisteminə bərpa edib. Hər halda, bunu nazir müvininin keçmiş rəhbərinə sədaqəti kimi də qəbul etmək olar… Geri qayıt |