Əsas Səhifə > Güney Press, Araşdırma > “EVROVİSİON”LA BAĞLI TƏHDIDLİ ŞAYİƏLƏR...
“EVROVİSİON”LA BAĞLI TƏHDIDLİ ŞAYİƏLƏR...4-05-2012, 12:51 |
MTN QABAQLAYICI TƏDBİRLƏR HƏYATA KEÇİRİR Ölkədə “Evrovision” mahnı yarışması keçiriləcəyi günlərdə xoşagəlməz olayların, terror aktlarının baş verəcəyi haqda xəbərlər dolaşmaqdadır. Şayiə xarakterli xəbərlərdə deyilir ki, MTN-nin Gəncədə keçirdiyi əməliyyat zamanı öldürülən terrorçu Vüqar Padarovun üzərində mahnı yarışmasına 2 bilet tapılıb. Əməkdaşlarımız bu xəbəri ölkənin şimal və cənub bölgəsində olarkən də eşidiblər. Bu gün də “Evrovision” mahnı yarışmasına biletlərin satılmadığını nəzərə alanda və Gəncədəki antiterror əməliyyatının keçirildiyi tarixə nəzər salanda yayılan xəbərlərin məhz şaiyə olduğunu demək olar. Digər bir şayiə xarakterli xəbərdə isə deyilir ki, ölkəyə şimaldan, daha dəqiq desək, Xudat istiqamətindən dəniz nəqliyyatı vasitəsilə silah-sursat daşınır. Silah-sursatı daşıyan dəstədə iki xanımın olduğu da bildirilir. Mayın 4-də Trend-ə açıqlamasında Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev bildirib ki, ölkədə əməliyyat şəraitinə nəzarət edilir: “Azərbaycan Respublikasının milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir”. Qeyd edək ki, mayın sonlarında Bakıda "Eurovision-2012" mahnı müsabiqəsi keçiriləcək. Ölkəmizin yaxın xaricində fəaliyyət göstərən bəzi radikal qruplaşmalar bu yarışmanın əxlaq normalarına uyğun olmadığını bəyan edir, ona mane olacaqlarını bildiriblər. / musavat / Geri qayıt |