Əsas Səhifə > Sosial, Manşet > HEYDƏROV MİNGƏÇEVİRƏ SAHİBLƏNİR
HEYDƏROV MİNGƏÇEVİRƏ SAHİBLƏNİR4-05-2012, 13:20 |
FHN ŞEFİ KÜR QIRAĞINDAKI BALIQ VƏTƏGƏLƏRİNİ NƏZARƏTİ ALTINA ALIB DİA.AZ: - Keçən ay Mingəçevirə icra başçısı təyin olunan Niyazi Bayramov artıq indidən özünü göstərməyə başlayıb. Bu barədə məlumatlar DİA.A-a sözügedən şəhərdəki mötəbər qaynaqlar tərəfindən ötürülüb. Məlumatı verən mənbə bildirir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adamı olan yeni icra başçısı Mingəçevirə öz zövqü ilə əl gəzdirməyə başlayıb.: «Bu günlərdə şəhəri dolaşan yeni icra başçısı əvvəlki rəhbər - hazırda Quba rayonuna başçılıq edən Mübariz Ağayevin gördüyü işlərin heç birini bəyənməyib. Hətta əhərin Mübariz Ağayevin imzası ilə qurulan yeni görüntüsünə «qaraçı tumanı» adı da verib». Mənbəmiz bildirir ki, Niyazi Bayramov bildirib ki, Mingəçeviri bu şəkildə bərbad günə qoymaq günahdır. SSRİ vaxtında Mingəçevirin Sovetlər Birliyinin «ən yaşıl və ən təmiz» şəhəri adını aldığını bildirən başçı, əvvəlki görkəmi qaytarılacağını da vəd edib. Bunlar bir yana, mənbəmiz bildirir ki, fövqəladə hallar naziri Kəmalədin Heydərov da öz adamını başsız buraxmır və davamlı olaraq Mingəçevirdə görünməyə başlayıb. Bu barədə danışan qaynaq iddia edir ki, FHN şefi az qala bir həftə ərzində Mingəçevirə 2-3 dəfə baş çəkir: «Təbii ki, Kamal müəllim Mingəçevirə təkcə yeni başçıya görə gəlmir. Artıq şəhərdəki balıq vətəgələri də «Caspian Fish»in nəzarətinə keçib. Bundan əlavə, Kəmaləddin Heydərov Mingəeçevirin yeni sahibi kimi şəhərdəki quruculuq işlərinə də məsul olan bir nömrəli fiqurdur». Geri qayıt |