Əsas Səhifə > Güney Press, Üçüncü sektor > 6 SAYLI KOLONDA NƏLƏR BAŞ VERİR?

6 SAYLI KOLONDA NƏLƏR BAŞ VERİR?


4-05-2012, 14:20
6 SAYLI KOLONDA NƏLƏR BAŞ VERİR?

RƏİS TÜRMƏNİ ÖZƏL OBYEKTİ KİMİ İŞLƏDİR

Redaksiyamıza keçmiş məhbus Şükürov Ramil Əkbər oğlunun şikayət məktubu daxil olmuşdur. Dünən R.Şükürovu redaksiyamıza dəvət etdik və o, şikayət məktubunda yazılanları təsdiq etməkdən əlavə, həm də qəzetimizə geniş müsahibə verdi.

Qeyd edək ki, şikayət məktubu ədliyyə naziri Fikrət Məmmədova və nazir müavini, Nazirliyin Penitensiar Xidmətinin rəisi Mədət Quliyevə ünvanlıdır. Keçmiş məhbus müsahibəsində olduqca ciddi və deyərdik ki, bizi şoka salan faktları açıqladı, adı çəkilən həbsxanada rəis Əli Əmirovun və onun burada vəzifəyə gətirilmiş qohumlarının ("Korrupsiya haqqında" Az. Res. Qanunu buna qətiyyən yol vermir) məhbusların başına açdığı müdhiş oyunları və s. söylədi.

Etiraf edək ki, son illər bu sahədə ciddi islahatlar həyata keçirilir, bu barədə ictimaiyyətə geniş məlumat da verilir. Amma keçmiş məhbusun söylədikləri ilə bu islahatlar arasında ciddi uyğunsuzluq hiss edirdik.

Ədliyyə naziri Fikrət Məmmədova, ədliyyə nazirinin müavini Mədət Quliyevə ünvanlı müraciət-şikayətində isə R.Şükürov yazdıqlarının doğruluğunda israrlıdır. "Mən Şükürov Ramil Əkbər oğlu 11 yanvar 2008-c ildə Azərb. CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadliqdan məhrum edilmişdim. Hörmətli Prezident cənab İ.Əliyevin 16.03.2012-ci il tarixli əfv fərmanı ilə əfv olundum... Mən məhbəsdə olarkən Penitensiar Xidmətin rəhbərliyi dəyişdi və general Mədət Quliyev rəis təyin olundu. Şəxsən mənim bu təyinatdan sonra yaşamağa inamım birə-beş artdı. çünki cənab M.Quliyevi insanpərvər, qanun müdafiəçisi və ədalətli bir insan kimi tanıyırdım. Güman edirəm ki, aşağıda yazdığım kimi 6 saylı islah müəssisəsində baş verənlərdən, yəni rəisin özbaşınalığından Mədət Quliyevin qətiyyən xəbəri olmayıb. çünki burada ayrıca bir rejim var. Məhbuslar isə rəisin qanunsuz hərəkətindən cana doyduqlarından qorxularından susur, hüquqlarını tələb edə bilmirdilər. Həmin rejim indi də davam edir. İstəyirəm ki, redaksiya vasitəsi ilə bu ciddi problem Ədliyyə Nazirliyinin rəhbərliyinə çatsın. Yazdıqlarımı isə istənilən səviyyədə müdafiə etməyə hazıram", - deyən R.Şükürov olduqca ciddi ittihamlar, məhbəs həyatındakı reallıqları açıqlayıb söyləyir. Daha sonra ¸Bildirirəm ki, bu müəssisədə məhbuslarla düşmən kimi rəftar edilir. Burada hava da pulla satılırdı. Hamam pullu, yemək pullu, tibb məntəqəsində qalmaq, müalicə almaq-pullu... Əli Əmirov öz qohumu Səbuhini və bir də orada cəza çəkən məhkum qohumu Ramil Şirinovu məhkumların üzərində qanunsuz olaraq nəzarətçi qoymuşdur. Onlar isə xoşları gəlməyən, az-çox hüququnu tələb edən məhkumları ¸kars"la hədələyib çoxlu sayda pul alırlar. Rəis Əli Əmirovun bütün qohumu, dostu həmin müəssisədə çalışır. Onlar məhkumların qanını sorurlar. Pulun olmasa telefonla evə zəng etməyin mümkünsüzdür. İdman zalında məşqə getmək üçün aylıq verməlisən. Kompüter kursu da pullu, bilyard saatı pullu, ailənlə görüş pulluE Bir sözlə, 6 saylı cəzaçəkmə müəssisəsində rəis Əli Əmirovun ¸qanunları" işləyir, Azərbaycan dövlətinin yoxE", deyən keçmiş məhbus daha ciddi və adamı şoka salan faktları diqqətə çatdırır.

İttihamlar ciddi olduğundan və araşdırma tələb edildiyindən dünən əvvəlcə Ədliyyə Nazirliyinin müvafiq şöbələri, sonra isə Penitensiar Xidmətin aidiyyəti bölməsi ilə əlaqə saxladıq, bəzi məsul şəxslərlə məsləhətləşdik. Belə qərara gəlindi ki, həmin şikayət-müsahibəni qısaldılmış formada cənab general Mədət Quliyevə rəsmi məktubla göndərək, ittiham dolu faktlar araşdırılsın və rəsmi cavabdan sonra hər iki tərəfin fikir və mövqeləri təqdim edilsin.

Artıq bu gün həmin rəsmi məktub redaksiya tərəfindən Penitensiar Xidmətin rəhbərliyinə təqdim ediləcək.
/ tezadlar /
Geri qayıt