Əsas Səhifə > Partiya > HAKİM PARTİYAYA BELƏ ÜZV YIĞIRLAR

HAKİM PARTİYAYA BELƏ ÜZV YIĞIRLAR


4-05-2012, 17:01
HAKİM PARTİYAYA BELƏ ÜZV YIĞIRLAR

«BAKU STELL COMAPNY»DƏ KÜTLƏVI YAP-LAŞMA

İki gündür ki, ölkənən ən iri ağır sənaye müəssisələrindən biri olan «Baku Stel Company»da işçilərin kütləvi şəkildə Yeni Azərbaycan Partiyasına üzv edilməsinə başlanılıb. Bu barədə GUNDEMİNFO.AZ-a məlumat verən zavod işçilərindən biri bildirib ki, YAP-a üzv olmaqdan imtina edənləri işə buraxmırlar.

Üzv olmaqdan imtina edənlərə qapıda dayanan mühafizəçilər deyirlər ki, onları partiya bileti olmasa içəri buraxılmayacaqlar.

Hətta məlumata əsasən bir neçə nəfər YAP-a üzv olmaqdan imtina etdiyindən onları işdən uzaqlaşdırıblar.

Maraqlıdır ki, müvafiq qanunlara və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən vətəndaşların iş yerindən asılı olmayaraq siyasi mənsubiyyət seçmələri azaddır.

Ölkənin özəl şirkətlərindən birində hakim partiyaya zorla üzv edilməsi prossesinin isə birbaşa olaraq Prezident Adminstrasiyasından verildiyi deyilir.


Geri qayıt