Əsas Səhifə > Güney Press, Üçüncü sektor > 8 YENİ DİNİ İCMA QEYDİYYATA ALINIB
8 YENİ DİNİ İCMA QEYDİYYATA ALINIB5-05-2012, 13:03 |
“AZƏRBAYCANDA DİNİ DURUM SABİTDİR” Azərbaycanda dini durum son dərəcə sabit və normaldır. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib. "Bu il 8 yeni icma dövlət qeydiyyatına alınıb. Bunlardan ikisi qeyri-islam təmayüllüdür. Hazırda müraciətlər var və onlara baxılır", - Orucov bildirib. Onun sözlərinə görə, dünyəvi dövlətlər Azərbaycanın timsalında dövlət-din münasibətlərini formalaşdırıb və dövlət-din siyasətinin konsepsiyasını hazırlayıb. "Azərbaycanda dini etiqad azadlığı sözün əsl mənasında qorunur. Bunu dünyanın bir çox ölkələri də etiraf edirlər. Azərbaycan bu sahədə çox gözəl nümunədir", - Orucov əlavə edib. Geri qayıt |