Əsas Səhifə > Şou-biznes > SAMİR BAĞIROV ÖZÜNƏ GƏLDİ
SAMİR BAĞIROV ÖZÜNƏ GƏLDİ12-10-2011, 17:31 |
O, AYAĞINI SINDIRMIŞDI Azərbaycan şou-biznesinin ən ekstravaqand müğənnisi Samir Bağırovun səhhətindəki problemlər aradan qalxıb. Bir neçə ay bundan əvvəl ayağını sındıran müğənni Trend-ə özünü yaxşı hiss etdiyini söylədi. "Niyə görünmürsən? Yaradıcılığında nə səbəbdən yeniliklər etmirsən? - bu kimi suallarla addımbaşı qarşılaşıram. Amma heç kimə deyə bilmirəm ki, yayda yıxılaraq sol ayağımı sındırmışdım. Daha dəqiqi, ayağımın baş barmağımı. O günləri xatırlayıb, yadıma belə salmaq istəmirəm. Çox dəhşətli idi. Təsəvvür edin, dənizi, günəşi sevən insan olmağıma baxmayaraq, bütün günü ev şəraitində gipsdə gəzirdim. Şükür Allaha, artıq hər şey geridə qaldı. Həkimim gipsimin açılmasına icazə verdi. Bəlkə də yerimə hansısa müğənni olsaydı, ayağının sınmasını da özü üçün piar edərdi. Bu mənə lazım deyil. Yalnız sənətimlə gündəmə gəlmək istəyirəm", - Samir Bağırov belə dedi. Söhbətimiz zamanı müğənni onu da vurğuladı ki, bu günlərdə əməkdar artist Dilarə Əliyevanın təqdimatında ATV-də nümayiş olunan "Burada və İndi" tok-şousuna qonaq kimi qatılıb. "Verilişdə sevimli dostum xalq artisti Zülfiyyə Xanbabayeva ilə birlikdə çəkilmişik. Yəqin bilirsiniz ki, oktyabrın 16-sı Zülfiyyənin ad günüdür. Məhz həmin gün veriliş nümayiş olunacaq. Çox maraqlı söhbətlər etmişəm. Və tamaşaçılar üçün Zulya ilə birlikdə oxuduğumuz dueti səsləndirmişik. Çalışacağam ki, bundan sonra televiziya proqramlarına dəvətləri qəbul edib pərəstişkarlarımla tez-tez görüşüm. Mən hamınızı çox istəyirəm", - Bağırov fikirlərini belə tamamladı. Geri qayıt |