Əsas Səhifə > Partiya > HAKİMİYYƏT MÜXALİFƏTİ ALÇALDIR?

HAKİMİYYƏT MÜXALİFƏTİ ALÇALDIR?


5-05-2012, 13:33
HAKİMİYYƏT MÜXALİFƏTİ ALÇALDIR?

İP-İN 6 MAY MİTİNQİNDƏN İMTİNASINA MÜNASİBƏT

“İctimai Palata onları alçaldan yerdə mitinq keçirmək istəmir”. Bu sözləri politoloq Zərdüşt Əlizadə İctimai Palatanın mayın 6-na təyin etdiyi mitinqdən imtina etməsi ilə bağlı Modern.az-a açıqlamasında deyib. Z.Əlizadənin sözlərinə görə, İctimai Palata bu qərarı hakimiyyətin alçaldıcı davranışlarına görə verib.

“Əgər onların istədikləri yerləri hökumət vermirsə, İctimai Palata onları alçaldan yerdə mitinq keçirmək istəmirlər. Belə olan halda onların qarşısında iki çıxış yolu qalır, ya icazəsiz aksiya keçirsinlər burda da yenə həbslər, döyülmələr olacaq, ya da ləğv etsinlər. Görünür müxalifət ikinci yolu seçərək mitinqi ləğv etmək qərarı verib” .

Z.Əlizadə İctimai Palatanın mayın 7-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçiəcəyi piketlə bağlı bildirib ki, müxalifət bununla öz gücünü ölçməyə başlayıb.

“Piket keçirməklə onlar görtərirlər ki, öz hüquqlarını tələb etməkdə israrlıdırlar. Mən hesab edirəm ki, Azərbaycan hakimiyyəti qanunları kobud şəkildə pozur. Buna etiraz edən insanların kimliyindən aslı olmayaraq, mən onları normal qarşılayıram. Hesab edirəm ki, bu insanlar hakimiyyətdə olanlardan heç müsbət cəhətlərinə görə fərqlənmirlər. Amma etiraz edirlərsə, mən ürəyimdə onlara yaşıl işıq yandırıram”-deyə Z.Əlizadə vurğulayıb.

Qeyd edək ki, dünən İctimai Palatanın Koordinasiya Şurası mayın 6-da keçiriləcək mitinqi ləğv edib. Buna əsas səbəb Bakı Şəhər İcra Hakimiyyətin İctimai Palatanın mitinq üçün göstərdiyi yerlərə icazə verilməməsidir.


Geri qayıt