Əsas Səhifə > Güney Press, Araşdırma > “ERMƏNİSTAN TERRORİZM MƏNBƏYİDİR”

“ERMƏNİSTAN TERRORİZM MƏNBƏYİDİR”


5-05-2012, 13:47
“ERMƏNİSTAN TERRORİZM MƏNBƏYİDİR”

PREZİDENT İLK İCLASDACA SÖZÜNÜ DEDİ

Mayın 4-də Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının terrorizmə qarşı mübarizə məsələləri üzrə xüsusi iclası keçirilib. Bu, Təhlükəsizlik Şurasının Azərbaycanın sədrliyi ilə keçirilən ilk iclasıdır və mayın sonlarına qədər davam edəcək.

Qlobal terrorizm təhlükəsi ilə əlaqədar bütün terror aktları birmənalı olaraq pislənməli, təqsirkarlar isə məsuliyyətə cəlb edilməlidir, deyə Azərbaycan prezidenti İlham Əliyev öz çıxışında bildirib.

Terrorçular öz əməlləri üçün bəhanə axtarmamalıdırlar. Bütün terror aktları, səbəblərindən asılı olmayaraq, əsassızdır. Terrorizmin xarakterinin dəyişməsi çox vaxt aqressiv separatizm, ekstremizm və mütəşəkkil cinayətkarlıqla bağlıdır, deyə o bildirib.

“Azərbaycan terrorizmdən ciddi ziyan çəkib. Ermənistan Azərbaycanın mülki əhalisinə və infrastrukturuna qarşı onlarla terror aktı həyata keçirib, bunun nəticəsində 2000-dən çox azərbaycanlı həlak olub. bu aksiyalar Ermənistanın güc qurumlarının birbaşa iştirakı və beynəlxalq terror qruplarının köməyi ilə təşkil edilib”, deyə o qeyd edib.

Dağlıq Qarabağ münaqişəsinin aktiv fazası zamanı Ermənistan mülki şəxslərə qarşı terror aktlarından geniş istifadə edib, etnik təmizləmə məqsədilə hərbi təcavüz həyata keçirib. Ermənistan həmçinin münaqişə zonasından uzaqda mülki şəxslərə, nəqliyyata və infrastruktura, obyektlərə qarşı məqsədyönlü terror aktları həyata keçirib. Xüsusən, 1994-cü ildə Bakı metrosunda bomba partlaması təşkil olunub, deyə İlham Əliyev qeyd edib.

Ermənistandan gələn terror risklər və hədələri əvvəlki kimi yüksəkdir və bu gün bu ölkədən Azərbaycanın mülki infrastrukturuna, o cümlədən su anbarları və neft kəmərlərinə qarşı hədə-qorxu məqsədilə açıq-aşkar bəyanatlar səslənir və addımlar atılır.

Bundan başqa, Ermənistanın təhlükəsizlik sisteminə beynəlxalq terror təşkilatının elementləri birləşib.

“Avropa və ümumbəşər dəyərlərinə sadiq olduğunu bəyan edən və beynəlxalq terror təşkilatlarının üzvlərinə qəhrəman kimi təzim edən ölkəni görmək dəhşətlidir”, deyə o qeyd edib.

Bu gün Ermənistanın işğal etdiyi Azərbaycan əraziləri terrorçuların və bütün mütəşəkkil cinayət növlərinin kriminal əlaqə zonası olaraq qalmaqdadır.

Azərbaycan bu hədələrə qarşı müqavimət göstərmək məqsədilə, habelə digər qeyri-sabit regionlara yaxın olduğu üçün kompleks tədbirlər görür.

Eyni zamanda, terrorizmin dəqiq tərifinin olmaması terror fəaliyyətinə yardım edən, onu dəstəkləyən və maliyyələşdirən şəxslərin, qrupların və hətta dövlətlərin məsuliyyətə cəlb edilməsi səylərini çətinləşdirir.

Buna görə Azərbaycan terrorun bütün aspektlərinin həlli üçün səmərəli alət olacaq antiterror konvensiyası haqqında saziş imzalanmasının əhəmiyyətini qeyd edib.

Sazişdə həmçinin terrorizmin köklü səbəblərinə diqqət yetirilməlidir, deyə Əliyev bildirib.

Təhlükəsizlik Şurasının iclası zamanı BMT binasının yaxınlığında azsaylı erməni diasporunun nümayəndələri piket keçirirdilər. Azərbaycan və Türkiyə diasporlarının üzvləri də onların qarşısında Azərbaycana dəstək üçün analoji aksiya keçiriblər. / contact.az /


Geri qayıt