Əsas Səhifə > Gündəm, Manşet > MASALLI TORPAQLARI HƏRRACA ÇIXARILIB

MASALLI TORPAQLARI HƏRRACA ÇIXARILIB


7-05-2012, 11:14
MASALLI TORPAQLARI HƏRRACA ÇIXARILIB

HAMİL HADIYEV SAKİNLƏRƏ MƏXSUS TORPAQLARI XARİCİLƏRƏ SATIR

DİA.AZ: - Bir müddət öncə mətbuatda Masallı rayonunda torpaqların həracca çıxarılması ilə bağlı məlumatlar dərc olunmuşdu. Masallı rayon Tatyanoba kənd sakinləri ölkə rəhbərliyinə müraciət edərək bu haqsızlığa son qoymağı xahiş edirlər.

Kənd sakinlərinin DİA.AZ-a dediklərinə görə, “torpaq yeyən” ləqəbi ilə tanınan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsinin müdiri Hamil Hadıyev sözün əsl mənasında “torpaq yeyən” imiş. Belə ki, çəkilən şəkillərdən göründüyü kimi, Hamil Hadıyevlə bağlı narazılıqların əsl səbəbi onun əhaliyə məxsus paybəlli torpaqlarını imkanlı şəxslərə satmasıdır.

“Niyə bu ölkədə bir nəfər H.Hadıyevin əməllərini hüquqi qiymət vermir? Niyə vətəndaşların hüquqları belə tapdalanır? Niyə bu ölkədə bir nəfər belə, bu haqsızlığa son qoymaq istəmir?” suallarını mətbuata ünvanlayan şikayətçi sakinlərin sözlərinə görə, onlar dəfələrlə icra başçısının qəbulunda olublar və ondan bu məsələni ölkə rəhbərliyinə çatdırmağı istəyiblər, lakin ortada heç bir əməli iş yoxdur. H.Hadıyevin özbaşına əməlləri isə davam etməkdədir.

Vətəndaşların bildirdiyinə görə, H.Hadıyev daha əvvəllər “işdə yol verdiyi nöqsanlara görə” tutduğu vəzifədən uzaqlaşdırılsa da, daha sonra müəyyən həlləm-qəlləmlə yeni vəzifəyə - Masallı rayon torpaq şöbəsi müdirliyinə təyinat almağı bacarıb.

Bundan əlavə olaraq Hamil Hadiyev yaxın ətrafına bildirib ki, yeni təyin olunan başçı bütün idarə müdirləri kimi mənə də rayonun mərkəzi küçələrindən birinin təmirini, yani asfalt döşəmə və səkilərin hazırlanmasını boynuna qoyub. Bunun da umumi həcmi hardasa 40 min manata yaxındır. Hamil Hadiyev də bu pulu cibindən ödəmək fikrində deyil. Buna görə də torpaqları satmaqla və öz işçiləırindən hərəsindən 3000 min manat almaqla bu pulu çıxarmaq istəyir.


Geri qayıt