Əsas Səhifə > Güney Press, Üçüncü sektor > 10 RAYONUMUZA 60 MİLYARD DOLLAR ZİYAN DƏYİB
10 RAYONUMUZA 60 MİLYARD DOLLAR ZİYAN DƏYİB7-05-2012, 12:01 |
BU DA İŞĞALIN FƏSADLARI Azərbaycan Dövlət İqtisad Universitetində "Dağlıq Qarabağ münaqişəsi və onun tənzimlənməsinin Qafqaz regionu üçün sosial-iqtisadi faydalığı" mövzusunda beynəlxalq simpozium keçirilir. SalamNews-un verdiyi xəbərə görə, simpozium Ermənistanın Şuşanın işğalının 20-ci ildönümünə həsr edilib. Universitetin rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın məruz qaldığı itkilərdən söz açıb. O, Ermənistan tərəfindən işğal olunan ərazilərin tamamilə talan olunduğunu vurğulayıb və bildirib ki, münaqişə nəticəsində 20 min azərbaycanlı həlak, 50 min insan əlil olub. Baş nazirin müavini, Qaçqınlar və məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, bu günə əldə olunmuş məlumatlara əsasən, təkcə işğal olunmuş 10 rayona 60 milyard dollar zərər dəyib. Ermənistandan Azərbaycana pənah gətirmiş insanların isə 20 milyard dollarlıq əmlakı ermənilər tərəfindən mənimsənilib. Beynəlxalq təşkilatların indiyədək məsələyə biganə yanaşması Azərbaycan rəsmilərini yetərincə narahat edir. Bu gün Azərbaycanın artan hərbi qüdrəti münaqişənin hərb yolu ilə tənzimlənməsini daha da yaxınlaşdırır. Tədbirin təşkilatçılarından olan Avrasiya Qiymətləndiricilər Birlikləri Şurasının Beynəlxalq Assosiasiyasının prezidenti Dmitri Tereburkin söyləyib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunması təkcə Azərbaycanın deyil, bütün Qafqaz üçün əhəmiyyətlidir. Geri qayıt |