Əsas Səhifə > Partiya > MÜXALİFƏTİN PİKETİ BAŞLADI

MÜXALİFƏTİN PİKETİ BAŞLADI


7-05-2012, 12:18
MÜXALİFƏTİN PİKETİ BAŞLADI

POLİS ZOR TƏTBİQ ETDİ

İctimai Palatanın bu gün Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında təyin etdiyi aksiya başlayıb.

"Yeni Müsavat"ın reportyoru Emil Salamoğlunun verdiyi xəbərə görə, "İçərişəhər" metrostansiyasından Sabir bağına gedən yolda 100-dən artıq müxalifət fəalı "Azadlıq" və "İstefa" şüarları səsləndirərək hərəkət ediblər. Onlar BŞİH-in müxalifətə şəhərin mərkəzi hissəsində mitinq-yürüş keçirmək üçün yer ayırmamasına etiraz edirlər.

Fərahim İlqaroğlunun verdiyi xəbərə görə, polis qüvvələri və mülki geyimli şəxslər aksiya iştirakçılarının qarşısını kəsib, onlara fiziki zor tətbiq ediblər. / musavat.com /

Geri qayıt