Əsas Səhifə > Sosial, Manşet > DƏRMAN BAZARINDA ACIMASIZ RƏQABƏT
DƏRMAN BAZARINDA ACIMASIZ RƏQABƏT7-05-2012, 12:50 |
KÜRD QRUPLAŞMASI PREZİDENTİN QOHUMUNU BAZARDAN ÇIXARMAQ İSTƏYİR DİA.AZ: - Bu gün ölkənin dərman bazarında böyük oyunlar getsə də, nədənsə bu istiqamətə ictimai maraq o qədər də böyük deyil. Hər halda, burada Oqtay Şirəliyevin səhiyyə naziri təyin olunmasının ardından aptek və dərman biznesinin tam olaraq inhisara alınması müstəsna rol oynayır. İndi isə bir-birilə mübarizə aparanlar iri güclərdir ki, onların da dərman biznesini inhisara alma cəhdləri sıradan vətəndaşların diqqətini yetərincə çəkmir. Amma DİA.AZ-ın sözügedən istiqamətdən əldə etdiyi faktlar da təsdiqləyir ki, bir qrup dərman monapolisti insanlarımızın sağlamlığının risqə atılması bahasına olsa da, öz qazanc yerləri uğrunda çox acımasız mübarizədədirlər. Məlumat üçün bildirək ki, hazırda dərman biznesi ilə əsasən üç böyük firma məşğuldur ki, əsas rəqabət də onların arasında cərəyan edir. Bunlar «LiderFARM», «RiadFARM» və «Avromed»dir. Və bu gün əslində toqquşan tərəflər də son iki şirkətdir. Bildirək ki, «RiadFARM» prezident İlham Əliyevin qohumu İlqar Əliyevə məxsus olsa da, mərhum Aqil Əliyevin, yəni İlqar Əliyevin atasının dünyasını dəyişməsinin ardından bu şirkətn dərman bazarındakı mövqeləri çox cidi zərbələr alıb. Hətta vəziyyət o həddə çatıb ki, durmadan müştərilərini itirən «RiadFARM» əməkdaşlıq etdiyi aptek və xəstəxanaların rəhbərlərinə külli miqdarda rüşvət də vermək zorunda qalırlar. Amma onlardan fərqli olaraq rəsmi olaraq 2010-cu ildə Şəkidən deputat seçilmiş Cavanşir Feyziyevin rəhbərlik etdiyi «Avromed» şirkəti günü-gündən fəaliyyətinin miqyasını genişləndirməkdədir. Hətta bunlar bir yana, birbaşa olaraq səhiyyə nazirliyinin yüksək çinli məmurlarının ortaqlıq etdiyi bu şirkətə nazirlik tərəfindən əlahiddə şərait də yaradılıb və şirkət artıq dərman bazarında öz şərtlərini belə diqtə etməyə başlayıb. Bu barədə məlumatı verən mötəbər mənbə iddia edir ki, səhiyyə naziri Elsevər Ağayevin ortaqlıq etdiyi «Avromed» əgər bu gün mərhum Aqil Əliyevin oğlunun rəhbəri olduğu «RiadFARM»ı bazardan sıxışdırıb çıxarmağa cəsarət edibsə, deməli, məsələ tamam fərqlidir. Xatırladaq ki, Elsevər Ağayev keçmiş səhiyyə naziri Əli İnsanovdan qalma yeganə nazir müavini olmaqla yanaşı, onun hakimiyyətiçi kürd qruplaşması tərəfindən də himayə olunduğu bildirilir. İndi isə belə çıxır ki, əslində prezidentin ohumunu dərman bazarından sıxışdırıb çıxaran da elə hakimiyyətiç kürd qruplaşmasıdır. Bildirək ki, günü-gündən sözügedən bazardakı mövqelərini itirən «RiadFARM» bu gün dərman biznesinin 5-10 faizinə nəzarət edəcək səviyyədə kiçilib. Bu barədə danışan mənbəmizin sözlərinə görə, amma əslində əvvəllər «RiadFARM» daha böyük imkanlara malik idilər. Bu arada mənbəmiz başqa bir maraqlı məqamla bağlı da xəbər verib: «Artıq şirkətlər arasındakı rəqabət bütün norma və prinsip hüdudlarından kənara çıxdığından artıq tərəflər bir-birilərinə qarşı planlar da işləyib hazırlayırlar. Məsələn, «Avromed» şirkəti bu günlərdə anonim olaraq «RiadFARM»ın əməkdaşlıq etdiyi xəstəxanalarla bağlı korrupsiyaya qarşı mübarizə idarəsinə anonim şikayət ünvanlamışdı ki, həmin şikayət əsasında da səs-küylü həbslərin həyata keçirilməsinə bir neçə gün əvvəl hər kəs şahidlik etdi». Mənbəmiz bildirir ki, artıq «RiadFARM»ın rəhbərliyi də baş verənlərin mahiyyətindən tam olaraq xəbərdardır və şirkətin cavab atəşi ilə rəqibini cəzalandırma cəhdlərinin olacağı da şübhəsizdir. Geri qayıt |