Əsas Səhifə > Partiya > YAP FUNKSİONERİNDƏN AĞIR İTTİHAM
YAP FUNKSİONERİNDƏN AĞIR İTTİHAM7-05-2012, 17:28 |
“İCTİMAİ PALATA DÜŞMƏNLƏRƏ XİDMƏT EDİR” İctimai Palata adlanan qrumun bir məqəsdi var, o da Azərbaycanda qarışıqlıq salmaq və qarşıdurma yaratmaqdır. Bunu SalamNews-a Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı İctimai Palatanın bu gün Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirdiyi razılaşdırılmamaış etiraz aksiyasına münasibət bildirərkən deyib. O bildirib ki, İctimai Palata qarşıdurma yaratmaqla Azərbaycanın düşmənlərinə xidmət göstərir: " İctimai Palata və orada toplaşanlar milli maraqlardan uzaq olan, Azərbaycan xalqının, dövlətinin ziyanına çalışan və xaricdən istiqamətləndirilən qruplardır. İctimai Palatanın keçirmək istədiyi piket deyil, qarşıdurma yaratmaqdır. İctimai Palata bununla “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq istəyir. Amma onlar buna nail ola bilməyəcəklər. Azərbaycan xalqı, o cümlədən biz bu cür təxribatların qarşısını daim qətiyyətlə alacaq”. Geri qayıt |