Əsas Səhifə > Partiya > MÜXALİFƏTİN KORAY TARQAY PROBLEMİ

MÜXALİFƏTİN KORAY TARQAY PROBLEMİ


7-05-2012, 17:32
MÜXALİFƏTİN KORAY TARQAY PROBLEMİ

ATƏT NÜMAYƏNDƏSİ NİYƏ KÜSÜB?

“Türkiyə Cumhuriyyətinin Xarici işlər Nazirliyinin nümayəndəsi, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Bakı ofisinin rəhbəri səfir Koray Tarqay Azərbaycan müxalifətindən inciyib”. Bu barədə Avrasiya.net-ə etibarlı mənbələrdən məlumat daxil olub. Cənab səfirin müxalifətdən inciməsinə əsas səbəb isə Avrasiya.net-in 2012-ci il aprelin 25-də verdiyi xəbər olub.

Xatırladaq ki, həmin xəbərdə Koray Tarqayın nəqliyyat naziri Ziya Məmmədovun oğlu, ZQAN Holdinqin direktorlar şurasının sədri Anar Məmmədova məxsus Zərifə Əliyeva küçəsi, ev 55, mənzil 71-i kirayə götürdüyü və ona hər ay 5000 manat pul ödəməsi bildirilib. Bu xəbərin müxtəlif saytlarla yanaşı, müxalifət qəzetlərində də dərc olunması səfirin ovqatını təlx edib. Koray Tarqay media orqanları rəhbərləri, xüsusilə də “Yeni Müsavat” qəzeti ilə əlaqə saxlayaraq, onlara öz narazılığını bildirib.

Mənbənin söylədiyinə görə, AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərin 6 may mitinqi ilə bağlı Koray Tarqay arasında planlaşdırılıan görüş bu narazılıqdan baş tutmayıb. Koray Tarqay liderlərlə görüşünü təxirə salıb. Hətta bu narazılığa aydınlıq gətirmək üçün səfirin liderlərin elçilərini də qəbul etməkdən imtinası deyilir.

Sonradan bu narazılığın ictimailəşməməsi üçün mətbuatda belə bir məlumat getdi ki, görüş liderlərlə deyil, İP-in rəsmiləri ilə nəzərdə tutulub və görüş səfirin gərgin iş qrafiki nəzərə alındığından təxirə salınıb.


Geri qayıt