Əsas Səhifə > Güney Press, Araşdırma > TARİXİ NADİR...

TARİXİ NADİR...


8-05-2012, 12:13
TARİXİ NADİR...

VƏ YAXUD ŞUŞANIN ƏZİZ XATİRƏSİNƏ

Nadir şah oğlünün gözünü çıxardı.
Pənahəlini isə...
Şuşa yox idi o zaman.
Pənahəli Nadir şaha xəyanət etmişdi.
Kim gizləyirdi Pənahəlini?
Qarabağda yeni Mərkəzləşmə başlamışdı. Rus bu mərkəzə söykənib dirçələcədi. Pənahəlinin arzusu Xan olmaq idi. Rusun arzusu bu torpaqlara sahib olmaq.
Məlik Şahnazarın qızılı Pənahəlini ası etdi. Nadir şah "bu satqınlar" çevrəsində öldürüldü. Onun ölümü ilə bitdik.
Şuşa qalalaşdı.
Pənahəli Xan oldu.
Rus istilasının ilk dayağı Xanlaşdıqdan sonra rejionlaşdıq. Və bitirildik.
300 illik bir savaşın Mərkəzi Şuşadır.
Bu savaşı qazanmaq Azərbaycan olmaqdır.
Şuşa qalasında şəhid qardaşımın qanı var.
Qisas gələcək.
Nadir şahın vəsiyyətlərini bilmədik, Pyoturun vəsiyyətləri isə hələ də varislərinin yaşam qanunudur.
Xan olmaq sevdası hələ də başımızda.
Xəyanətə görə Oğlunun gözünü çıxaracaq Nadir dərsinə ehtiyacımız var.
Olacaq.
Tarixi Nadir unudulmayıb.

İdris HEYDƏRLİ – DİA.AZ

Geri qayıt