Əsas Səhifə > Gündəm, Manşet > NN ŞEFİNİ ASFALT MƏZƏSİ
NN ŞEFİNİ ASFALT MƏZƏSİ13-10-2011, 14:00 |
ZİYA MƏMMƏDOV KƏMALƏDDİN HEYDƏROVU SON QƏDƏR «FIRLADIB» DİA.AZ: - Nazirlərin də öz şakərləri var imiş, sən demə… Və bu şakərləri, yəni həm də prinsipiallıqları onların arasında cərəyan edən münasibətlərdə də özünü biruzə verməkdədir. Redaksiyamıza ötürülən məlumatlardan aydın olur ki, uzun müddətdir konfliktdə olan fövqəladə hllar naziri Kəmaləddin Heydərovla nəqliyyat naziri Ziya Məmmədovun da arasındakı münasibətlərdə bu şakər mərəzi özünü nəzərə çarpdırıb. Söhbət Ziya Məmmədovun Kəmaləddn Heydərovla bir növ məzələnməsindən gedir. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) iqtidar içindəki məlumatlı mənbələrdən daxil olan xəbərə görə, neçə müddət imiş ki, Kəmaləddin Heydərov rəhbəri olduğu nazirliyin binası qarşısındakı yolların abadlaşdırılması barədə nəqliyyat nazirliyinə müraciət etsə də, onun bu tələbləri hər dəfə müxtəlif bəhanələrlə rədd edilib: «Məlumdur ki, FHN-nin binası qarşısında yeraltı keçid istifadəyə verildi. Və keçidin inşası səbəbindən nazirliyin qarşısındakı yollar da darmadağın olmuşdu. Və Kəmaləddin Heydərov hər dəfə işə gəlib gedəndə bu dağılmış yollardan keçmək məcburiyyətində qalırdı. Amma buna baxmayaraq, yəni keçidin istifadəyə verilməsindən xeyli müddətin keçməsinə rəğmən nəqliyyat nazirliyi yolun abadlaşdırılmasına tələsmirdi və ümumiyyətlə, son günə qədər Kəmaləddin Heydərovun tələbləri nəzərə alınmadı». Mənbəmiz bildirir ki, asfalt biznesinin Ziya Məmmədovun əlindən alınması Kəmaləddin Heydərovun da işinə yarayıb: «Ziya Məmmədova elətdirə bilmədiyini bir günün içində Hacıbala Abutalıbova əmr edən Kəmalədin Heydərov hətta Bakı merinin nazirliyin qarşısındakı dağılmış yola vurduğu asfalt yamağı da bəyənməyib». Xatırladaq ki, bu yaxınlarda asfalt biznesi nəqliyyat nazirliyindən alınaraq müvafiq olaraq yerli icra strukturlarına verilib. Bundan sonra isə FHN-nin binası qarşısındakı yolun da bəxti üzünə gülüb. Mənbəmiz bildirir ki, iki gün əvvəl FHN-nin binası qarşısındakı yollara asfalt yamalar döşənsə də, bu Kəmaləddin Heydərov tərəfindən bəyənilməyib: «Ona görə də bu gün səhər saatlarından etibarən nazirliyin binası qarşısındakı yola fundamental şəkildə asfaltın döşənməsi tapşırığı verilib». Yəni Ziya Məmmədov sona qədər Kəmalədin Heydərovun sözlərini qulaqardına vursa da, Hacıbala Abutalıbov FHN şefinin əmrindən çıxa bilməyib. Geri qayıt |