Əsas Səhifə > Güney Press, Üçüncü sektor > YAP MÜXALİFƏTİ QINADI

YAP MÜXALİFƏTİ QINADI


8-05-2012, 13:18
YAP MÜXALİFƏTİ QINADI

“MÜXALİFƏT TƏXRİBATDAN İSTİFADƏ EDIR”

“Azərbaycanda müxalifətin - İctimai Palata, yaxud digər təşkilat olsun – kütləvi aksiya keçirməsi üçün hər cür imkan yaradılıb, meydan verilib və onlar bir neçə dəfə həmin meydandan istifadə edib. Eyni zamanda, o da məlum oldu ki, İctimai Palatanın digər müxalifət partiyaları ilə birləşib keçirdiyi mitinqə az adam gəlir. Yəni, Azərbaycan xalqı bugünkü müxalifətə inamını itirib, onların çağırışını qəbul etmir. Ona görə də müxalifət başqa “taktika” seçib, təxribatçı üsullardan istifadə etmək istəyir. Onlar şəhərin mitinqlərin keçirilməsi mümkün olmayan yerlərində kütləvi aksiyalar keçirmək barədə iddialar irəli sürürlər”. APA-nın xəbərinə bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib.

Ə. Əhmədov İctimai Palatanın “Eurovision” mahnı müsabiqəsi keçirilən günlərdə paytaxtda razılaşdırılmamış aksiya keçirmək niyyətini pisləyib: “Bir sıra hadisələr kimi, “Eurovision” mahnı yarışmasının da ölkəmizdə keçirilməsi Azərbaycan xalqının milli qürurunu formalaşdıran fakta çevrilib. Müxalifət bu müsabiqə ilə bağlı ortaya qoyduğu mövqe ilə, düşünülməmiş, xalqımızın maraqlarına uyğun gəlməyən hərəkətləri ilə özü-özünü gözdən salır. Bu gün onlar Azərbaycan xalqının gözündən düşüblər. Mən bunu qətiyyətlə pisləyir və yolverilməz sayıram”.


Geri qayıt