Əsas Səhifə > Şou-biznes > ZƏLZƏLƏ MÜĞƏNNİMİZİ DƏ QORXUYA SALIB
ZƏLZƏLƏ MÜĞƏNNİMİZİ DƏ QORXUYA SALIB8-05-2012, 13:52 |
O, AİLƏSNİNİ TƏCİLİ BAKIYA GƏTİRİB Xəbər verdiyimiz kimi, dünən səhər saatlarından etibarən Zaqatala rayonunda güclü zəlzələ baş verib. Episentrində 7 bal gücündə baş verən yeraltı təkan ətraf rayonlarda açıq-aydın hiss olunub. Tələfat və dağıntı haqda dəqiq məlumat verilməsə də, sakinlərin təşvişə düşdükləri barədə xəbərlər daxil olmaqdadır. Belə ki, gün ərzində yeraltı təkanlar 3 dəfə təkrar olunub. Məsələnin ciddiyyətini nəzərə alaraq, əslən Qax rayonundan olan “Yeni ulduz” müsabiqəsinin qalibi Vüqar Muradovla əlaqə saxladıq. Gənc müğənni təlaşını gizlətmədi. Ailə üzvlərindən və sevdiyi insanlardan narahatlıq keçirdiyini bildirən V.Muradov hələlik Allaha dua etməkdən başqa çarəsi olmadığını etiraf etdi: “Rayonumuzda zəlzələ olub. Ailəmdən, sevdiklərimdən çox narahatam. Allahım xəta-bəladan uzaq etsin! Zəlzələ bu gün səhər 10:40-da baş verib. 14:30-da yenidən olub. Mənim ailəm Qax rayonunda yaşayır. Onlardan çox narahatam. Deyirlər ki, hər şey yaxşıdır, amma mən yenə narahatam. Şükür, ailə üzvlərim sağ-salamatdır. Ancaq Qaxda, Zaqatalada xəsarət alanlar var, dağıntılar da var.” Həyəcanını gizlədə bilməyən gənc müğənni daha sonra bu günə olan planlarında dəyişiklik etdiyini bildirdi: “Bu günə olan bütün planlarımı təxirə salmışam. Ola bilsin ki, elə indi ailəmin yanına çıxdım. Gedib onları Bakıya gətirəcəm.” Stereotiplərdən azad ola bilməyən jurnalistlərin klassik bir sualı var: “Ailə, yoxsa sənət?” Əlbəttə ki, ağıllı adam hər zaman düzgün seçimini edə bilir... Geri qayıt |