Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > UCARSAYAĞI “KURTLAR VADİSİ” POLİS MAFİYASI
UCARSAYAĞI “KURTLAR VADİSİ” POLİS MAFİYASI8-05-2012, 14:56 |
JURNALİSTƏ ŞƏR ATAN ŞƏXSİN ŞOK ETİRAFLARI DİA.AZ: - Bu gün Media Mərkəzində keçirilən mətbuat konfransında “Bizim soy” qəzetinin keçmiş əməkdaşı, həbsdə olan jurnalist Fuad Hüseynovun anası Süsən Hüseynova oğlunun hüquqlarının pozulmasından danışıb. Onun sözlərinə görə, hazırda oğlunun işi Şirvan Apellyasiya Məhkəməsindədir. 2010-cu ildə F. Hüseynovu CM-in 221-ci maddəsi ilə (xuliqanlıq) altı il müddətinə azadlıqdan məhrum etmiş Ucar məhkəməsinin qərarından şikayət verilib. İttihamın mahiyyəti ondan ibarətdir ki, guya F.Hüseynov iki nəfəri bıçaqlayıb. Onlardan biri, “zərərçəkən” Akif Cəfərov mətbuat konfransında iştirak edib. O, ittihamın uydurma olduğunu bildirib. A.Cəfərov bildirib ki, o və digər “zərərçəkən” Azad Hüseynov özləri özlərinə bıçaq zərbəsi endiriblər ki, jurnalistə şərt atsınlar. Onları buna yerli “avtoritetlər” və polisin əlaltıları olan Şahlar Ələkbərov və Elçin Mehdiyev məcbur edib. Ucarda dözülməz vəziyyət yaranıb, özbaşınalıq, hərc-mərclik hökm sürür. Sərf etməyən istənilən adamı şərləyib həbsə atdırmaq olar. A.Cəfərova hədə-qorxu gəliblər ki, əgər jurnalisti şərləməsə, onun cibinə narkotik maddə atacaqlar. Əvvəlcə o razılaşıb, lakin sonradan yalançı şahidlik etməkdən imtina edib. F.Hüseynova gəlincə, bu, onun ikinci həbsidir. Birinci dəfə 2007-ci ildə CM-in 221-ci maddəsi ilə (xuliqanlıq) mühakimə olunub. İttihamın mahiyyəti ondan ibarət olub ki, o, adam döyüb. O zaman o, üç il yarım müddətinə mühakimə olunub və cəzasının iki ilini çəkib. Bir ay keçməmiş onun barəsində yenidən iş açıblar və yenidən həbsə alıblar. Jurnalistə qarşı bu cür təzyiqlərin səbəbi odur ki, 2007-ci ildə o, yerli “Bizim soy” qəzetində Ucar polisinin o zamankı rəisi Ənvər Quliyevi tənqid edib. Jurnalist onu narkocinayətlərə bağlılıqda ittiham edib. 2008-ci ildə Ə.Quliyev pensiyaya gedib, onun yerini Tahir Quliyev tutub və o da sələfinin siyasətini uğurla davam etdirib. “Mənim oğlum günahsızdır. O, cinayət törətməyib. O, heç kimi döyməyib, heç kimin həyatına qəsd etməyib. Mən pensiyaçıyam, ərim ağır xəstədir. Pensiyamın hesabına yaşayıram, oğluma baş çəkə bilmirəm. Əgər onu yenidən həbs etsələr, mən həbsxanaya onun yanına gedə bilmərəm. Mən ölkə rəhbərliyinə, prezidentə, onun xanımına, DİN rəhbərinə, baş prokurora müraciət edirəm ki, bu qanunsuzluğu araşdırsınlar”, - ana vurğulayıb. “Zərərçəkən” A.Cəfərov bildirib ki, sözügedən “avtoritetlər”ə yerli polis himayədarlıq edir. Onlar rayonda mafioz qruplar yaradıblar. “Kurtlar vadisi” serialından ilhamlanaraq özlərini həmin serialın qəhrəmanları kimi aparırlar, hətta adlarını onların adları ilə çağırırlar. Yerli hüquq-mühafizə orqanlarının razılığı ilə hər cür qanunsuz əməllərə əl atırlar. Geri qayıt |