Əsas Səhifə > Partiya > İSLAMÇILARDAN SƏRT REAKSİYA
İSLAMÇILARDAN SƏRT REAKSİYA8-05-2012, 16:27 |
“MUSİQİ YARIŞMASI KEÇİRMƏYƏ HAQQIMIZ YOXDUR” Azərbaycan İslam Partiyası mayın 8-də - Şuşanın işğal günündə Şəhidlər xiyabanına yürüş-ziyarət təşkil edib. Partiya sədrinin müavini Akif Heydərlinin “Media forum” saytına verdiyi xəbərə görə, yürüş-ziyarətə 200-dək şəxs qatılıb. Akif Heydərli deyib ki, xiyabanın girişində sədr əvəzi Elçin Manafov qısa çıxış edib: “O qeyd etdi ki, bu gün Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin beşiyi olan Şuşa şəhəri işğal altında ola-ola Bakıda böyük musiqi yarışması keçirməyə mənəvi haqqımız yoxdur. Sonra şəhidlərin qəbirləri ziyarət olundu, polis əməkdaşları plakatların qaldırılmasına imkan verməsə də, ziyarətçilər şüarlarını səsləndirdilər. Əvvəlki illərdə də partiya 8 mayda ziyarətlər təşkil edib. Bu gün ziyarətə gələnlərin çox olması, aktivlik və yüksək ruhiyyə yürüşü əvvəlkilərdən çox fərqləndirirdi”. Geri qayıt |