Əsas Səhifə > Partiya > YAP YENƏ DƏ “LAZIM”I GÖZLƏYİR

YAP YENƏ DƏ “LAZIM”I GÖZLƏYİR


10-05-2012, 12:58
YAP YENƏ DƏ “LAZIM”I GÖZLƏYİR

“MƏCBUR OLACAĞIQ Kİ, GÜC HESABINA”...

"İndi dünya birliyi Ermənistana ciddi təzyiq göstərməlidir və beynəlxalq gücləri hərəkətə gətirərək Azərbaycanın erməni işğal altında olan torpaqlarını azad etməlidir. Əks halda Azərbaycan alternativ olaraq gücü hesabına işğal altında qalan torpaqlarını azad etməyə məcbur olacaq".

Bunu jurnalistlərə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirib.

O söyləyib ki, Azərbaycan qan tökülməsinin və müharibənin tərəfdarı deyil. Amma Azərbaycanın müharibənin tərəfdarı olmamasının alternativi bu işğalın davam etdirilməsi ola bilməz. Azərbaycan Qarabağ münaqişəsinin dinc və ədalətli yolla həllinin tərəfdarıdır.

Şuşanın işğalı günü ermənilərin bayram günü kimi qeyd etməsinə toxunan Ə.Əhmədov deyib: “Çox təəssüf hissi ilə qeyd edim ki, ermənilər işğalçılıq siyasətini açıq şəkildə nümayiş etdirirlər. Şuşanın işğalının 20-ci ildönümünün ermənilər tərəfindən bayram kimi qeyd olunması, əslində, ermənilərin işğalçılıqlarının dünyaya bəyan olunması deməkdir. Ermənilər hər hansı tədbir keçirsələr də, bu tədbirlərə nə ad qoysalar da, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar erməniləri işğalçı kimi tanıyırlar. Azərbaycanın erməni işğalına məruz qalması faktı birmənalı olaraq qəbul olunur. Erməni hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından, o cümlədən Şuşadan çıxarılması ilə əlaqədar beynəlxaq təşkilatların müvafiq qətnamələri və qərarları var. Ermənilərin hər hansı tədbirlər keçirməklə dünya birliyini çaşdırması və dezinformasiyalar yayması artıq qeyri-mümkündür”.


Geri qayıt