Əsas Səhifə > Partiya > ABGÜL SÜLEYMANOVUN VƏKİLİ DƏYİŞİB

ABGÜL SÜLEYMANOVUN VƏKİLİ DƏYİŞİB


10-05-2012, 16:59
ABGÜL SÜLEYMANOVUN VƏKİLİ DƏYİŞİB

ANAR QASIMLI VƏKİLLİK EDƏ BİLMİR

Mayın 11-i Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Abgül Süleymanovun işi üzrə hazırlıq iclası keçirilməli idi. “İslamazeri.com” saytı xəbər verir ki, məhkəmə təxirə salınıb. Səbəb Anar Qasımlının vəkillik müddətinin bitməsi və yeni vəkilin təyin olunmasıdır.

Ruhaninin yeni vəkili Rüstəm Zülfüqarovdur. Vəkil ruhaninin işi ilə tanış olduqdan sonra məhkəmə günü təyin olunacaq.

Abgül Süleymanova qarşı irəli sürülən ittihamlar bunlardır: Cinayət Məcəlləsinin 283.2.1 (Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması (üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə (şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır), 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə).

Ruhani Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılır. O, 2011-ci ilin avqust ayında həbs olunub.


Geri qayıt