Əsas Səhifə > Sosial, Manşet > QARABAĞ ERMƏNİLƏRİNİN ŞƏKİYƏ MARAĞI VAR
QARABAĞ ERMƏNİLƏRİNİN ŞƏKİYƏ MARAĞI VAR11-05-2012, 12:23 |
ƏYALƏT QƏZETİNİN SAYTINA XANKƏNDİDƏN BİR GÜNDƏ 10 NƏFƏR BAXIB DİA.AZ: - "İpəkçi" qəzetinin yeni saytının – "Ipekchi.biz"in, yenicə fəaliyyətə başlamasına baxmayaraq, bu sayt qısa bir müddət ərzində – yəni cəmi 1 ay ərzində, geniş ziyarətçi auditoriyası qazana bilmişdir. Saytımızı hətta işğal olunmuş ərazilərdə də diqqətlə izləyirlər. Məsələn, "Google Analytics" xidməti vasitəsi ilə qeydə alınmışdır ki, aprel ayında "Ipekchi.biz" saytını Azərbaycanın bir hissəsi olan "Stepanakert"dən – yəni işğal olunmuş ərazilərimizdən, 21 nəfər ziyarət etmişdir. Aprelin 29-da isə rekord nəticə qeydə alınıb 10 nəfər! Cədvəldən göründüyü kimi, ermənilər yalnız Şəki şəhərindəki və "Şəki-İpək" ASC-nin iqtisadi uğurlarından bəhs edən səhifələri, ən çox isə “Şəki-İpək” ASC Həmkarlar İttifaqı Komitəsinin XI konfransı barədə məlumat dərc olunmuş, foto və video-görüntülər yerləşdirilmiş səhifəni açmışlar. Aşağıdakı cədvəldən isə məlum olur ki, ermənilər heç də bizim saytımızı təsadüfən açmırlar, son 1 ay ərzində onlar 13 dəfə birbaşa bizim saytın domenini yığıb, 8 dəfə isə “Google”də təmiz azərbaycan dilində “İpəkçi”, 2 dəfə “İpəkçi qəzeti”ni axtararaq saytımıza daxil olublar. Ermənilərin “İpəkçi” qəzeti ilə belə çox maraqlanmasının səbəbi görəsən nədir? Məlumat üçün əlavə edərik ki, vaxtilə, indiki Xankəndindəki Toxuculuq Kombinatında toxunan xam parça güllənmək üçün Şəki İstehsal İpək Birliyinə gətirilirdi. Kombinatın baş direktoru isə Robert Köçəryan idi, hansı ki sonra Ermənistanın prezidenti oldu və indi eks-prezidentdir. Ola bilər köhnə xatirələr Robert müəllimin yadına düşüb, indi Şəki ilə köhnə əlaqələri bərpa eləmək istəyir, buna görə də ilk növbədə bizim saytımızdan məlumat almağa çalışır. Onu da əlavə edək ki, Xankəndindəki indi işləməyən Toxuculuq Kombinatının hansısa sabiq işçisinin qəzetimizdə çıxış etməsi heç də absurd deyil. Qəzetimiz Azərbaycan ipəkçilərinin açıq tribunasıdır və Xankəndi də Azərbaycan ərazisi olduğu üçün biz qəzetimizin səhifələrində onlar üçün də yer ayıra bilərik, amma bir şərtlə ki, azərbaycanca yazsınlar, ya da heç olmasa rusca... Aydın Məmmədov, "İpəkçi" qəzetinin baş redaktoru Geri qayıt |