Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİNİN BAŞI ÜZƏRİNDƏ QARA BULUDLAR

MÜĞƏNNİNİN BAŞI ÜZƏRİNDƏ QARA BULUDLAR


13-10-2011, 14:25
MÜĞƏNNİNİN BAŞI ÜZƏRİNDƏ QARA BULUDLAR

SAMİR CAVADZADƏNİN TALEYİ QARNLIQDIR

Dostunu bıçaqlayan Azərbaycanın "Eurovision-2008" təmsilçisi Samir Cavadzadənin taleyi hələ də qaranlıqdır.

Nəsimi rayon Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, bir müddət əvvəl onun sentyabrın 20-də bıçaqladığı Elvin Hüseynovun xəsarətləri ilə bağlı yenidən ekspertiza təyin olunub. Ekspert Samir Cavadzadənin 27 yaşlı Elvin Hüseynova insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurması ilə bağlı rəy versə də, bu yetərli hesab olunmayıb.

İdarədən həmçinin tərəflər arasında hər hansı barışıq edilməsi faktı da təkzib olundu.

Qeyd edək ki, S. Cavadzadə sentyabrın 20-də otaq yoldaşı Elvin Hüseynovu boyun nahiyəsindən bıçaq xəsarəti yetirib. Samir Cavadzadə ilk öncə törətdiyi əməli təkzib etsə də hüquq-mühafizə orqanlarının açıqlamasından sonra əməlini etiraf edib.


Geri qayıt