Əsas Səhifə > Güney Press, Araşdırma > DAĞIDILAN EVLƏRİN SAYI BƏLLİ OLDU

DAĞIDILAN EVLƏRİN SAYI BƏLLİ OLDU


11-05-2012, 15:08
DAĞIDILAN EVLƏRİN SAYI BƏLLİ OLDU

ƏN ZORAKI SÖKÜNTÜ MƏRKƏZDƏ APARILIB

2009-2012-ci illərdə Bakıda məcburi qaydada 4 min daşınmaz əmlak obyekti sökülüb. Onların sahibləri neft pulları axınının qurbanı olub. Azad İqtisadiyyata Yardım İctimai Birliyi (AİY) monitorinq nəticəsində bu qənaətə gəlib.

QHT vətəndaşların mülkiyyətinə qarşı zorakılığın miqyasını göstərən xəritə və statistikanı açıqlayıb. Müəyyən edilib ki, yaşayış evləri, şəxsi evlər və obyektlərin söküntüsü paytaxtın 8 ərazisində həyata keçirilib və indi də davam edir. Ən miqyaslı zorakı söküntü işləri Füzuli meydanı ilə Heydər Əliyev Sarayı arasındakı ərazidə aparılıb. Burada 2524 daşınmaz əmlak obyekti sökülüb.

AİY xüsusi mülkiyyətə qanunsuz müdaxilənin qarşısının alınması üzrə hökumətə tövsiyələr hazırlayıb. Bunların sırasında Bakının Baş Planının hazırlanmasının tezləşdirilməsi, bu sənədin hazırlanmasına ictimaiyyətin cəlb edilməsi, dövlət orqanlarının “dövlət ehtiyacları” anlayışından manipulyasiya etməsinin qarşısının alınması, köçürmə barədə vətəndaşların öncədən xəbərdar edilməsi, bu barədə qəbul edilən qərarların açıqlanması və s. var.


Geri qayıt