Əsas Səhifə > Partiya, Manşet > ŞOK: MÜXALİFƏT KORRUPSİYAYA UĞRAYIB
ŞOK: MÜXALİFƏT KORRUPSİYAYA UĞRAYIB11-05-2012, 16:20 |
RÜŞVƏT MÜQABİLİNDƏ MİTİNQ QƏRARLARINDAN İMTİNA OLUNUR DİA.AZ: - Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) İctimai Palatanın (İP) mayın 13-nə təyin etdiyi yürüş-mitinqlə bağlı müraciətini bu gün cavablandırıb. Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu bildirib ki, cavab məktubunda aksiyanın saat 16.00-dan 18.00-dək Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançada keçirilməsi təklif edilib. T. Yaqublu deyib ki, paytaxt rəhbərliyinin məktubuna İP-in münasibəti birmənalıdır: “Biz əvvəlcədən də 20-ci sahədə aksiya keçirmək niyyətinə olmadığımızı bildirmişik. Mitinqə normalı yer verilməməsi ilə bağlı etiraz aksiyalarımızı davam etdirəcəyik. Mayın 14-də bu tələblə növbəti etiraz aksiyamız keçiriləcək. Lakin aksiyanın yeri və saatı hələ açıqlanmır”. T. Yaqublu qeyd edib ki, mayın 13-də İP-in razılaşdırılmamış mitinq keçirib-keçirməməsi məsələsi də açıq qalıb: “İctimai Palatanın Koordinasiya Şurasının iclası cavab məktubundan əvvəl keçirildiyindən bu məsələyə münasibət bildirilməsi mümkün olmadı. Ancaq qurum rəhbərliyi mitinq məsələsinə dair müzakirələr aparacaq”. Qeyd edək ki, İctimai Palata mayın 13-də saat 16.00-dan 18.00-a qədər Binəqədi rayonu 7-ci mikrorayonda İnqilab kinoteatrının qarşısından Süleyman Sani Axundov küçəsini keçməklə “Dərnəgül” metro stansiyasının qarşısında yürüş mitinq-keçirmək və mayın 14-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası önündə piket təşkil etməklə bağlı qərar qəbul edib. Onu da bildirək ki, İctimai Palatanın hakimiyyətin müəyyən dairələri ilə əlaqədə olan simaları ilə bağlı redaksiyamıza ilginc faktlar ötürülüb. Bu barədə DİA.AZ-ı məlumatlandıran hakimiyyətə yaxın şəxsin bildirdiyinə görə, əslində İctimai Palata adından iqtidar qarşısında «Avroviziya» zamanı heç bir mitinqin keçirilməməsilə bağlı öhdəlik götürülüb. Onu da xatırladaq ki, belə bir öhdəliyin götürülməsilə bağlı buna qədər də mətbuatda ittihamlar səslənmişdi. Və bu işdə bir qədər kənarda dayanmış kimi görünən İctimai Palatanın əsas partiyalarından biri olan AXCP-nin mitinqlərin təzxirə salınmasını sərt reaksiya ilə qarşılanmasında da müəyyən eyhamlar hiss olunur. Elə mitinqin təxirə salınmasına münasibət bildirən AXCP funksioneri Fuad Qəhrəmanlının «mitinq olmazsa, piket keçirəcəyik» şəklində açıqlama verməsi də məsələnin nə yerdə olduğunun göstəricisidir. Məlumatlı mənbə bildirir ki, hazırda İctimai Palata adından iqtidarla danışıqlar aparan şəxs var: «Həmin şəxs bir sıra müxalif şəxslərə də təsir imkanına malikdir və İP adından verilən qərarlara da bu yolla təsir edir. Nəticədə isə hakimiyyətin ayrı-ayrı simalarının ötürdüyü pullar müxalifət simalarına çatdırılır». Onu da bildirək ki, əvvəllər də müxalif qüvvələrin bəzilərinin iqtidar tərəfindən maliyyələşdirilməsi haqda ittihamlar səslənmişdi. Hətta mərhum prezident Heydər Əliyevin zamanında bunun bir siyasət olduğu da söylənilirdi. Yəni bu yolla hakimiyyət müxalifəti istədiyi formada idarə etməyə müvəffəq olur. İndi isə aydın olur ki, «Avroviziya» ərəfəsində iqtidar müxalifəti «mitinq korrupsiyasına» uğratmaqla, öz istədiklərinə nail olub. Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |