Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > SƏLİM MÜSLÜMOV ŞOK İÇİNDƏ

SƏLİM MÜSLÜMOV ŞOK İÇİNDƏ


11-05-2012, 17:05
SƏLİM MÜSLÜMOV ŞOK İÇİNDƏ

DSMF-NİN STRUKTURLARINDA KORRUPSİYA YOXLAMALARI APARILIR

DİA.AZ: - «Dövlət Sosiai Müdafiə Fondunun bir neçə mərkəzində Respublika Prokurorluğu yanında korrupsyiaya qarşı mübarizə idarəsi tərəfindən yoxlamalara başlanılır». Bu ilginc məlumatı DİA.AZ-a Nəzirlər Kabinetindəki mənbəmiz ötürüb.

Mötəbər qaynaq iddia edir ki, artıq bu yoxlama anonsundan Dövlət Sosial Müdafiə Fondunun prezidenti Səlim Müslümovun da xəbəri var: «Xəbərinin olması bir yana, aldığı məlumatı DSMF rəhbərini əməlli-başlı şoka salıb. Çünki yoxlama qərarı ilə birdən-birə fonda aid təxminən 20 struktur təftiş olunacaq».

Mənbəmiz iddia edir ki, konkret şikayətlər olsa da, DSMF-də korrupsiya yoxlamalarının həyata keçirilməsi hər halda, siyasi sifariş olmadan imkansızdır: «Əslində DSMF-nin strukturları hakimiyyətin başlatdığı atikorrupsiya tədbirlərinin ilk hədəflərindən oldu. Amma bu dəfə total yoxlama həyata keçirilə bilər ki, bunun da nəticəsində nəinki yerli idarə müdirləri, hətta DSMF-yə aid rəhbər şəxslər, habelə qurumun prezidenti Səlim Müslümovun özü də hədəfə çevrilə bilər».

Mənbəmiz bildirir ki, söhbət təxminən büdcəyə aid 23 milyon manatın mənimsənilməsindən gedir: «Bu qədər vəsait pensionerlərdən oğurlanıb. Davamlı olaraq edilən şikayətlər əsasında aparılan yoxlamalar nəticəsində müəyyən olunub ki, əslində həmin pullar banklara yatırılmayıb və DSMF rəhbərliyi tərəfindən mənimsənilib. Bu işdə isə DSMF-yə aid 20-yə yaxın struktur əlbir olub, proses isə rəhbərliyə aid şəxslərin nəzarəti altında həyata keçirilib».

Geri qayıt